Əsas Səhifə > Ölkə, Manşet > "Nə vaxtsa vətəndaşın xahişi ilə 10 qəpik cərimə məbləği silmisiniz?"

"Nə vaxtsa vətəndaşın xahişi ilə 10 qəpik cərimə məbləği silmisiniz?"


17-11-2022, 09:59
"Nə vaxtsa vətəndaşın xahişi ilə 10 qəpik cərimə məbləği silmisiniz?"
DİA.AZ: - ""AccessBank Azerbaijan" yaranan texniki problem ilə bağlı vaxtından əvvəl ödədiyim kredit məbləğinin üzərinə 6 günlük 1.53 azn cərimə məbləği hesablanıb". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elçin Həsənov adlı istifadəçi qeyd edir.

"Nə vaxtsa vətəndaşın xahişi ilə 10 qəpik cərimə məbləği silmisiniz?"

Narazı vətəndaş gileyini daha sonra belə davam etdiri:

"Bank məndən cəriməni silə bilmədiyini və mənim ödəməyimi xahiş etdi. Əks halda növbəti kredit tarixçəmdə problem yarana biləcəyini və cərimə məbləğinin artacağını xəbərdarlıq etdi.

"AccessBank Azerbaijan", maraqlıdır... nə vaxtsa vətəndaşın xahişi ilə 10 qəpik cərimə məbləği silmisiniz?"

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt