Əsas Səhifə > Ölkə, Manşet > “Evimizi sel basıb, 5 aydır ki, iki uşaqla çöllərdə qalmışıq”
“Evimizi sel basıb, 5 aydır ki, iki uşaqla çöllərdə qalmışıq”14-11-2022, 10:56 |
“Düz beş aydır ki, evimi sel basıb. Evin içini, əşyaları məhv edib. Fövqəlada Hallar Nazirliyindən gəlib baxış keçiriblər, İcra Hakimiyyəti da dəymiş ziyanı təsdiqləyib. Lakin heç bir iş görülmür”. DİA.AZ xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Goranboy rayonu, Aşağı Ağcakənd sakini Yasin Hüseynov müraciət edib. Vətəndaşın sözlərinə görə, iyunun 22-də yağan güclü yağışlar nəticəsində evsiz qalıblar: “Fövqəlada Hallar Nazirliyinin Tikinti Agentliyinə getdim, Elxan Əsədovun yanında oldum. O da dedi ki, vəsait yoxdur, gələn il baxılacaq. Mən indi harada yaşayım? Məsləhət görürlər ki, qardaş-bacı evində yaşa. İki uşaqla çöllərdə qalmışıq”. Məsələ ilə bağlı Fövqalada Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurum “Qafqazinfo”nun müraciətini belə cavablandırıb: “Yasin Hüseynov Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov tərəfindən qəbul olunub. Vətəndaşın müraciətinə cavab olaraq bildirilib ki, vəsait ayrılacağı təqdirdə onun fərdi yaşayış evinə dəymiş ziyanla əlaqədar lazımi tədbirlər görüləcək. Qeyd edək ki, göstərilən məsələ hazırda diqqətdə saxlanılır və mümkün olduğu təqdirdə müvafiq tədbir görüləcək”. Geri qayıt |