Əsas Səhifə > Ölkə, Manşet > BNA-nın dərman firmaları ilə NƏ ORTAQLIĞI?..

BNA-nın dərman firmaları ilə NƏ ORTAQLIĞI?..


9-11-2022, 10:17
BNA-nın dərman firmaları ilə NƏ ORTAQLIĞI?..
DİA.AZ: - "Fikir vermisizsə son vaxtlar şəhər içi avtobuslarda dərman reklamlarının sayı nə qədər artıb?.." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Taçəddin Poladzadə adlı istifadəçi giley edir.

BNA-nın dərman firmaları ilə NƏ ORTAQLIĞI?..

Narazı vətəndaş daha sonra yazır: "Bilmirsən avtobusa minirsən , yoxsa aptekə girirsən. Çox ehtimal ki, BakuBus MMC-nin və XaliqFaiqoğlu şirkətlərinin dərman firmaları ilə güclü əməkdaşlıqları var. Ara yerdə əziyyət çəkən bizlər oluruq. Hər 2 dəqiqədən bir verilən səsli reklamlarla həm qulaqlarımız xarab olur , həm də əsəblərimiz.

Bunun üçün ən yüksək səviyyədə hara şikayət edə bilərik, görəsən? Çünki Bakı Nəqliyyat Agentliyi şikayətləri vecinə almır..."

Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt