Əsas Səhifə > Ölkə, Manşet > İrşad Əliyev özünü necə cəncələ sala bilib?

İrşad Əliyev özünü necə cəncələ sala bilib?


30-12-2013, 14:10
İrşad Əliyev özünü necə cəncələ sala bilib?
DİA.AZ: - İcra başçılarından biri qəzəcə tuş gəlib. Bu barədə DİA.AZ-a hökumət iiçndəki mötəbər mənbələrdən informasiya ötürülüb. Verilən xəbərlərdən aydın olur ki, zamanında böyük nüfuz sahibi olan və hazırda Kürdəmir rayon icra hakimiyyətinin başçısı postunu tutan İrşad Əliyev hədəfdədir.

Mənbə iddia edir ki, İrşad Əliyev oliqarx-nazirlərdən bir ilə istəmədən konfliktə girmək zorunda qalıb. Belə ki, Kürdəmirdə böyük bir layihənin icrası həyata keçirilməli imiş və bu layihə nazirlərdən birinin marağında olub:

«Amma icra başçısı İrşad Əliyev layihənin icrasını əngəlləyib. Səbəbsə bir neçə gün əvvəl İrşad Əliyevin obyektlərində qanunsuz yoxlamaların aparılması göstərilir. Yəni icra başçısı da öz növbəsində qisas alıb».

Onu da bildirək ki, redaksiyamıza münaqişə tərəfləri tam olaraq bəlli olsa da, dəqiqləşdirmə imkanlarının məhdudluğu səbəbindən müəyyən müddətdən sonra olayın təfərrüatı barədə geniş materialı diqqətinizə çatdıracağıq.

Gələn məlumatlardan isə aydın olur ki, artıq tərəflər arasındakı münaqişə yetərincə şişdiyində oliqarx-nazir də İrşad Əliyevi hədəfində saxlayır: «Təbii ki, yaxın günlərdə gözlənilən kadr islahatları zamanı bu olay özünü hiss etdirə bilər. Doğrudur, İsmət Abbasovun Kürdəmirdəki vəzifəsində heç 2 ili də tamam olmayıb. Amma onun toqquşduğu tərəf yetərincə güclü olduğundan, bu faktor arxa plana keçə bilər».

Geri qayıt