Əsas Səhifə > Ölkə, Manşet > Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...

Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...


10-09-2022, 11:06
Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...
DİA.AZ: - "Mən avqustun 8 i instagram dan özümə telefon sifariş verəcəkdim. Bu səhifədən marağlanib yazdım bunlara..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Tərlan Cəfərov adlı istifadəçi giley edir.

Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...

Daha sonra narazı vətəndaş yazır: "Nurlan adinda oğlan idi.mail falan hamısı bunun adınadı.Nəsə yazdım bu səyfəyə qeydiyyat apardılar link falan atdilar sifarişi təsdiqləmək ucun.məndə linkə girdim kart məlumatları falan istədi.Soruşdum nə məsələdir dediki hesabdan pul çixmiyacaq sadəcə təsdiq ucundur.təsdiq elədim lakin balansdan telefonun dəyəri qismində (499 azn) pul çixildi.Yazdıkı mənə bəs səhv yerə basmısan pul çıxıb ama narahat olma yenidən eliyək həmin məbləğ terminalda blok olub iadə olunacaq.Məndə bu vijdansıza güvənib yenidən elədim.Sora yazdiki faizi ilə birgə 1300 manatdan çox eliyir bəs sən odəniş elədiyin karta 1300 manat vur təsdiq olsun Ödədiyin 998 azn də iadə olunsun.onda ağlım başıma gəldiki bu firilağçıdır.Bir sözlə buna nə dedimsə vecinə almadı.pulda geddi telefonda yoxdu.POlisə şikayət eliyəcəm dedim rahatca '' ged ver '' dedi.İnstagram səhifəsi şəkildəkidir. Özu də vicdansız xarici nomrəylə whatsapp işlədir. Hələ dedim ki o pulu əzab-əziyyətlə qazaniram. Guya vijdansız ayliğa böləcəkdi mənimçün.
Bu arada Səhifə adina olan oğlanı tapdım.Balakənli imiş.Yaziğin adina səhifə açib onun adinnan camaatin pulun oğurluyur vijdansız.telefonla əlaqə saxladım həmin qaqaşla.deyir məndə sifariş vermişdim.Sadəcə bular təsdiq ucun telefon nomrəai və pasportla video selfie atmağini istiyirki guya gomrikdən keçəndə məhsulun sahibi taninsin.bu vicdansızda goturub həmin pasportun Yəni Nurlanın adı ilə camaata pul atır.bilinmir kimdi nəçidi.xarici nomrədi zəng vurursan açmır.video goruntulu danışmır.ancaq yazışır.Çox xaiş eliyirəm diqqətli olun bu səhifədən nəsə alib eləmiyin..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...
Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...
Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...
Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...
Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...
Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...
Diqqət: DAHA BİR İNTERNET DƏLƏDUZLUĞU...

Geri qayıt