Əsas Səhifə > Ölkə, Manşet > Lənkəran XANI pulları NECƏ QAZANIR?..

Lənkəran XANI pulları NECƏ QAZANIR?..


11-08-2022, 10:45
Lənkəran XANI pulları NECƏ QAZANIR?..
DİA.AZ: - 26 ildir icra başçısı postunu tutan və son 10 ildə Lənkərana rəhbərlik edən Taleh Qaraşovu əslində sözügedən rayondakı son olaylarda vəzifəsindən rədd etmək olardı. Hər halda, bu təbii qarşılanacaqdı. Yəni inandırıcı deyil ki, taleh Qaraşovun özü mavininin əməllərindən xəbəri olmasın. Həm də sevimli müavininin...

DİA.AZ bildirir ki, 1996-cı ildə Kürdəmirin rəhbərliyinə gətirilən Taleh Qaraşov orada 6 il başçı vəzifəsini tutur. Sonradan Cəlilabadın rəhbərliyinə gətirilir. Orada da 4 il vəzifədə saxlanılır və ardından Neftçaladakı 5 illik hakimiyyəti başlayır. Daha sonra 1 il Astaraya başçılıq edən Taleh Qaraşova Lənkəranın icra başçısı postu etibar edilsə də, onun Lənkəranı hansı günə saldığını bu gün bu rayonla bağlı qalmaqallı məlumatlardan da təxmin etmək olar.

Bununla bağlı DİA.AZ-a danışan rayondakı mənbə iddia edir ki, Taleh Qaraşov son on il ərzində Lənkəranı elə hala salıb ki, "burada daş daş üstündə qalmayıb" demək də mümkündür: "Lənkəran Azərbaycanın ən gözəl şəhərlərindən olub. İndi isə Lənkəran böyük bir bazara bənzəyir. Taleh Qaraşov böyük bir bazar kimi rayonu idarə etdiyindən Lənkəranın küçələri də qarış-qarış satılıb. Əldə olunan pullar təbii ki, dövlətin büdcəsinə getmir... Qaraşovun cibinə axır. Bu gün Lənkəranda qeyri-qanuni ticarətdən hər ay yarım milyon manata yaxın vəsait əldə olunur ki, bunu da Taleh Qaraşov yerli məmurlarla bölüşür".

"Bunlar hamısı deyil" deyən mənbə bu gün Lənkəranda baş verən məmur özbaçşınalığı və bu proesisn başında şəxsən Qaraşovun dayanmasını sübutlayan faktları da açıqlayıb.

Bu barədə daha geniş materialımızı yaxın vaxtlarda təqdim edəcəyik.
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinıəməyə hazırıq...

Geri qayıt