Əsas Səhifə > Ölkə, Manşet > TƏHSİL NAZİRLİYİNİN "ÜNLÜ SİMASI" HƏDƏFDƏ

TƏHSİL NAZİRLİYİNİN "ÜNLÜ SİMASI" HƏDƏFDƏ


11-12-2013, 13:49
TƏHSİL NAZİRLİYİNİN "ÜNLÜ SİMASI" HƏDƏFDƏ
ALLAHVERDİ DƏMİROVU «VURURLAR»

DİA.AZ: - Təhsil Nazirliyinin təmir-tikinti işlərinə nəzarət edən Allahverdi Dəmirovla bağlı redaksiyamıza maraqlı informasiyalar daxil olub. Xatırladaq ki, bu sirli sima zaman-zaman köhnə təhsil naziri Misir Mərdanovun xalası oğlu kimi təqdim olunub və mətbuatda yer alan bu iddia ilə yanaşı, Allahverdi Dəmirovun həbsi xəbərləri də gündəmi kifayət qədər məşğul edib. Amma Allahverdi Dəmirov həm Misir Mərdanovun və həm də yeni təhsil naziri Mikayıl Cabbarovun dövründə toxunulmazlığını qorumağa müvəffəq olub.

Lakin bunun uzun sürməyəcəyi söylənilir. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, Allahverdi Dəmirovun Misir Mərdanovun dönəmində həyata keçirdiyi bir sıra inşaat və bərpa işləri ilə əlaqədar hüquqi araşdırmalara başlanılıb. Xatırladaq ki, bu məsələyə hələ iki il əvvəl xüsusi diqqət ayrıldı və hətta həbs olunanlar da oldu.

Məlumatlı mənbə xəbər verir ki, bu dəfə Allahverdi Dəmirova qarşı konkret ittihamlar səslənə bilər: «Doğrudur, o, Misir Mərdanovun qohumu olmasa da, keçmiş nazirin çətiri altında böyük maxinasiyalar həyata keçirib, gülli miqdarda qazanc əldə edib».

Mənbə iddia edir ki, Allahverdi Dəmirovun adı bu dəfə qanunsuz özəlləşdirmədə hallandırılır. Belə ki, ona qarşı Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən uşaq baxçasının qanunsuz olaraq mənimsənilməsilə bağlı konkret ittiham səsləndirilə bilər. Mənbə iddia edir ki, bu özəlləşdirmə prosesi ilə bağlı araşdırma başlanılıb.

Geri qayıt