Əsas Səhifə > Ölkə, Manşet > QƏRİB MƏMMƏDOV ÖZÜNƏ DAHA BİR DÜŞMƏN QAZANDI

QƏRİB MƏMMƏDOV ÖZÜNƏ DAHA BİR DÜŞMƏN QAZANDI


22-11-2013, 15:12
QƏRİB MƏMMƏDOV ÖZÜNƏ DAHA BİR DÜŞMƏN QAZANDI
NN ŞEFİNİN ADAMINA PROBLEM YARADILIB

DİA.AZ: - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov ciddi problemlə üzləşib. Bu barədə DİA.AZ-ı komitədəki qaynaqlar məlumatlandırıb.

Mənbə bildirir ki, bir neçə gün əvvəl nəqliyyat naziri Ziya Məmmədova yaxın şəxslərdən biri DTXK-də problemlə üzləşib: «Ondan cüzi bir probleminin həllinin müqabilində aşkar surətdə rüşvət istənilib. Və özü də külli miqdarda. Bu məsələ sonradan Qərib Məmmədovun diqqətinə çatdırılıb. Və onun da məsələyə müdaxilə etməməsi sonradan vəziyyətə nəqliyyat nazirinin qarışması ilə nəticələnib».

Mənbə bildirir ki, təxminən 150 min manatlıq söhbət Qərib Məmmədov üçün əsəlli-başlı problem yaradıb: «Onsuz da Qərib Məmmədov bir neçə məmurla problem yaşayırdı. İndi bu sıraya Ziya Məmmədov da qoşuldu. Hər halda DTXK rəhbərinin belə bir ağırlığı sonna qədər uğurla daşıya biləcəyi inandırıcı görünmür».

Ziya Məmmədova yaxın şəxsin dövlət komitəsi ilə yaşadığı problemlərin detalları barədə yaxın vaxtlarda məlumatı diqqətinizə təqdim edəcəyik. Hər halda, maraqlı olacağını zənn edirik, bizi izləyin…

Geri qayıt