Əsas Səhifə > Ölkə, Manşet > "Bizdən rüşvət tələb olunur..."

"Bizdən rüşvət tələb olunur..."


10-01-2022, 10:07
"Bizdən rüşvət tələb olunur..."
Goranboy rayonu Faxralı kənd sakini Səlimov Nizam Yusif oğlu redaksiyamıza müraciət edib. DİA.AZ xəbər verir ki, bu barədə azinfo.tv məlumat yayıb.
Video-müsahibədə şikayətçi bildirir ki,10 övladı var.
Mən dövlət üçün əsgər böyüdürəm.Kəndimizin icra nümayəndəsi Mehman İbrahimov və bələdiyyə sədri Sevda Vəliyeva şikayətimizi dinləmirlər.
Mən rayon icra hakimiyyətində icra başçısının qəbuluna da getmişəm ancaq bizi eşidən tapılmır.Yaxşı görəsən biz hansı ölkənin vətəndaşlığını qəbul edək ki,bizi dinləyib dərdimizə çarə qılsınlar.
Mənim qaz idarəsi ilə bağlı,ünvanlı sosial yardım ilə bağlı problemlərim var ancaq heç kim kömək etmək istəmir.Həyətyanı torpaq sahəsi üçün dəfələrlə müraciət etmişəm ancaq bələdiyyə sədri və icra nümayəndəsi deyir ki, rüşvət verməsən bu iş düzələn deyil.Mənə deyirlər ki,pulun yoxdursa sənə heç bir yardım filan düşmür.Mənə deyirlər ki,get prezidentdən istə.Mən də dövlət başçısına müraciət edərək deyirəm.Cənab prezident! Bizdən rüşvət tələb olunur.Kəndimizə içməli suyun verilməsi yalnız kağız üzərində həyata keçirilib,reallığ budur ki, əhali yağış suyu istifadə edir.Xahiş edirəm ki, bizə kömək edəsiniz.

Redaksıyadan: Mövzunu diqqətdə saxlayacağıq.




Geri qayıt