Əsas Səhifə > Ölkə, Manşet > "Hanı internet?!! Və ayağımın əziyi necə olacaq..."

"Hanı internet?!! Və ayağımın əziyi necə olacaq..."


1-01-2022, 13:00
"Hanı internet?!! Və ayağımın əziyi necə olacaq..."
DİA.AZ: - "Şikayətim Baktelecom"dandır". DİA.AZ bildirir ki, bu sözləri Əhməd Bəylərov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupunda giley edərkən qeyd edib.

"Hanı internet?!! Və ayağımın əziyi necə olacaq..."

Daha sonra narazı vətəndaş yazır: "Düz bir aydan çoxdur ki, gəlib optik internet çəkmək üçün dirək quyusu qazıblar darvazamızın ağzında. Hər dəfə uşaqlar quyuya düşməsin deyə ehtiyat edirdim...

Yeni ilə girəndə düz saat 00:00-da özüm o quyuya düşdüm. Atəşfəşanlığı seyr edərkən. Halbuki quyunu qazanda uzağı 10 günə çəkiləcək demişdilər.

Hanı internet??? Və ayağımın əziyi necə olacaq???"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt