Əsas Səhifə > Ölkə, Manşet > İcra hakimiyyətlərinin ləğvi gündəmdə deyil...

İcra hakimiyyətlərinin ləğvi gündəmdə deyil...


13-12-2021, 09:35
İcra hakimiyyətlərinin ləğvi gündəmdə deyil...
DİA.AZ: - Bir müddət əvvəl yerli KİV-də rayon və şəhər icra hakimiyyətlərinin ləğv ediləcəyi və onların əvəzində isə regional idarəetmə dairələrinin yaradılacağı haqda iddialar səsləndi ki, bu da geniş ictimaiyyət tərəfindən ajiotajla qarşılandı. Təbii ki, burada ajiotaja əsas səbəb heç də ortaya atılan ideyanın hansısa fərqli bir situasiya yaradacağı ilə bağlı deyildi. Məsələ onda idi ki, cəmiyyəti əsas olaraq maraqlandıranı idaretmədəki islahatlar yox, kadrların şəxsi keyfiyyətləri oldu ki, bu da qabarıq şəkildə ortaya çıxdı.

DİA.AZ bildirir ki, əslində bu cür idaretmələr yeni deyil və dünya ölkələrində, həıtta yaxın qonşularımızda da bənzər üsullar qüvvədədir. Yəni kimlərsə velosiped icra etmir, sadəcə olaraq köhnədən özünü doğrultmayan sistemə kosmetik dəyişikliklər edərək sanki həmin ictimai qınaq hədəfi olan dairələrə əlavə şans vermiş kimi olur. Və bu da təbii olaraq ciddi dairələrin etirazı ilə müşaiyət olunmalı idi, oldu da...

DİA.AZ-a bu barədə danışan hökumətdəki mənbə bildirir ki, əslində belə bir niyyət bir neçə ildir hakimiyyət dairələrinin müzakirəsindədir: "Amma yaxın vaxtlarda icrası gözlənilmir. Hətta xatırlayırsınızsa, Bakının da rayonlarının sayının azaldılacağı deyilirdi. Amma bütün bunlar baş vermədi və yaxında da baş verəcəyi gözlənilmir".


Geri qayıt