Əsas Səhifə > Ölkə, Manşet > Çıxarış üçün qanunsuz pul tələb edilir

Çıxarış üçün qanunsuz pul tələb edilir


30-04-2021, 09:53
Çıxarış üçün qanunsuz pul tələb edilir
"Yeni Bakı" Yaşayış Kompleksini tikən “İlin Dörd Fesli” MMC-nin rəhbəri Elnur Hüseynov sakinlərdən çıxarış ala bilmələri üçün qanunsuz pul tələb edir.

DİA.AZ HİT.Az-a istinadən xəbər verir ki, bu barədə kompleksin sakinləri ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Onlar mənzillərin kreditini tam ödəmələrinə baxmayaraq, Elnur Hüseynovun dələduzluğundan əziyyət çəkdiklərini ifadə ediblər. Sözügedən müraciəti təqdim edirik:

Çıxarış üçün qanunsuz pul tələb edilir

"Hörmətli, cənab Prezident, Sizin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanınız, uzun müddətdir tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda yaşayan vətəndaşlar üçün olduqca humanist bir addım oldu.

Lakin sizin bu humanist addımınıza baxmayaraq, "İlin Dörd Fəsli" MMC tərəfindən inşa edilmiş və hazırda yaşadığımız Abşeron rayonu Masazır qəsəbəsindəki 3200 mənzillik Yeni Bakı Yaşayış Kompleksində şirkət rəhbərliyi tərəfindən müxtəlif əngəllərlə qarşılaşmışıq. Belə ki, mənzillərə heç bir borcumuz olmadığı halda Sizin Fərmanınızda nəzərdə tutulmuş tapşırıqlara və qoyulan öhdəliklərə “İlin Dörd Fesli” MMC-nin rəhbəri Elnur Hüseynov əməl etmir, mənzillərimizə ÇIXARIŞ alınması üçün Əmlak Komitəsinin tələb etdiyi sənədləri bizə vermir. Sənədlərin sakinlərə verilməsindən ötrü bir otaqlı mənzillər üçün 150 manat, 2 otaqlı mənzil üçün 250 manat və 3 otaqlı mənzil üçün 500 manat qanunsuz ödəniş, eləcə də şirkətin komendantlığı tərəfindən sakinlərə məcburi şəkildə satılan "təmizlik arayışı" üçün fantastik məbləğlər tələb edir və yalnız bundan sonra lazımi sənədləri - mənzilin eskiz layihəsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı verəcəyini bildirir. Əks halda sakinləri "ÇIXARIŞ"sız qalacaqları ilə təhdid və şantaj edir!

Cənab prezident, şəhərciyin 3200 mənzili, 10 000 (on minlərlə) sakini adından Sizə problemimizi çatdırır və xahiş edirik ki, belə dələduzların Sizin humanist Fərmanınıza kölgə salmasına imkan verməyəsiniz".


Geri qayıt