Əsas Səhifə > Ölkə, Manşet > Qarabağ qazisi ona ayrılan müavinətin ödənilmədiyini söyləyir

Qarabağ qazisi ona ayrılan müavinətin ödənilmədiyini söyləyir


24-02-2021, 14:19
Qarabağ qazisi ona ayrılan müavinətin ödənilmədiyini söyləyir
Göyçay rayon, Ulaşlı-Şıxlı kənd sakini Azər Nuriyev “Gözətçi”yə göndərdiyi şikayətində bildirib ki, Qarabağ veteranı statusunu alsa da, ona ayrılan müavinət birdəfəlik hesablanıb ödənilmir.

Azər Nuriyev 1993 – 1997-ci illərdə I Qarabağ mühasibəsində iştirak edib, müharibə veteranı statusunu isə 7 mart 2018 – ci ildə alıb. Müharibə veteranı kimi aylıq pensiyası 80 manatdır. O, bu vaxta qədər Qanuna görə geridə olan 3 illik müavinətin ödənilməsi üçün məhkəmənin hər 3 instansiyasını udub.

“Azərbaycan Respublilkası Ali Məhəkəməsi inzibati-iqtisadi kollegiyasının 2-1(102) -2126/20 saylı, 18 noyabr 2020-cil il tarixli qərarına əsasən 07.03.2015-ci il tarixdən-07.03.2018-ci il tarixədək ödənilməmiş müavinət birdəfəlik hesablanıb ödənilməlidir.”

Ancaq şikayətçinin iddasına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosil Müdafiə Fondunun (DSMF) Göyçay rayon şöbəsinin müdiri bildirib ki, Müdafiə Nazirliyi müavinəti birdəfəyə hesablayıb, ödəməyə icazə vermir.

“Mən başa büşə bilmirəm, bu necə ola bilər? Ali məhkəmənin qərarına nazir kimdir ki, icazə verməsin? Müavinətin birdəfəlik hesablanmasını tələb edirəm” deyə, Azər Nuriyev bildirib.

Məsələ ilə bağlı DSMF Göyçay rayon şöbəsinin mövqeyini öyrənməyə çalışdıq. DSMF-nın 13 saylı filialının əməkdaşı Azər Həmidov bildirdi ki, Azər Nuriyevin sənədləri 2020-ci ilin dakabr ayında Bakıya, DSMF-nın Mərkəzi Müsahibatlıq İdarəsinə göndərilib: “Artıq pul köçürülmə, hesabat işləri rayonlardan götürülüb, Mərkəzi Mühasibatlıq İdarəsinə verilib. Oradan Azər Nuriyevin 3 illik müavinəti qanuna müvafiq şəkildə vurulacaq. Nə zaman köçürüləcəyi isə bizim səlahiyyətimizdə deyil.”

Geri qayıt