Əsas Səhifə > Ölkə, Manşet > Tükiyədə ali təhsil adı altında müdhiş DƏLƏDUZLUQ

Tükiyədə ali təhsil adı altında müdhiş DƏLƏDUZLUQ


29-01-2021, 10:04
Tükiyədə ali təhsil adı altında müdhiş DƏLƏDUZLUQ
2017-ci ildə Təhsil Nazirliyi xaricdə təhsil proqramını dayandırdıqdan sonra Azərbaycanda gənclərin xarici ölkələrdə ali təhsil almasına “dəstək verən” şirkətlərin sayı gündən-günə artır.

Son illər bu işlə təkcə hansısa şirkətlər deyil, çoxsaylı fiziki şəxslər də məşğul olur. Təəssüflə qeyd edilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin və fiziki şəxslərin əksəriyyəti dələduzluqla məşğuldur. Vətəndaşların külli miqdarda pulununun mənimsənilməsi, yaxud gənclərin istəyinə uyğun olmayan universitetlərə göndərilməsi faktları bunu söyləməyə əsas verir.

Beləki, təhsil adına belə dələduzluqla məşğul olan şirkətlərdən biri də “The Times” adı altında təhsil fırıldaqçıları Ceyhun Hacıyev və Hüseyn Rəhimov adlı şəxslərdir. Bu şəxslər illərdir yüzlərlə adamı, xaricdə təhsil adı altında aldadaraq küllü – miqdarda ziyan vurub.

Söhbət özəlliklə Türkiyə universitetlərinə imtahansız qəbul olunmaq istəyənlərdən gedir. Deyirlər ki, bundan ötrü Bakıda fəaliyyət göstərən «The Times»a pul ödəsələr də, həmin pullar da gedib, Türkiyədə oxumaq məsələsi də. Çoxları deyir ki, hələ, üstəlik, həm xərc, həm də əziyyət çəkib Türkiyəyə də gediblər. Orada görüblər ki, siyahıda adları yoxdur. Və ya ilk imtahandan xaric edilirlər.
Bildirək ki, Ceyhun Hacıyev «The Times» MMC-ni təsis edib, xaricdə təhsilin təşkiliylə məşğul olub. O, və işçiləri müxtəlif yerlərdə, sosial şəbəkələrdə xaricdə təhsil elanlar verib. Türkiyədə oxumaq istəyənlər elanlarda göstərilən ofisə gəliblər. Onlara vəd verilib ki, ödəniş edib, Türkiyədəki təhsil müəssisələrinə imtahansız qəbul olunacaqlar, tələbə kimi orada müvəqqəti qeydiyyat, yataqxana, sığorta kimi məsələlər də həll ediləcək. Pullar əksər hallarda Türkiyədə olan Hüseynin və hal-hazırda həbsdə olan şəxsin bank hesablarına köçürülüb. Adları çəkilən şəxslərin də həmin pulları çıxarıb Ceyhun Hacıyevə verilib.

Onlarla zərərçəkm valideynlər, eləcədə İsmayıl Əkbərov deyir ki, “xaricdə təhsil almaq istəyiblər, həmin ərəfədə də Facebook-da bu şirkətin elanını görüb. Ofisə gedib, işçilərlə görüşüb. Anadolu Universitetinin Tarix fakültəsində oxumaq üçün hər biri 1850 manat pul köçürüb.
Bir müddət sonra Anadolu Universiteti adıyla Türkiyənin İqdır şəhərinə aparılıblar. İqdırda yalançı qeydiyyat edilərək, on gün sonra Azərbaycana qaytardılar. Bir xeyli keçəndən sonra dedilər ki, imtahana getməlisiz. Mən və 20-yə yaxın tələbə yenə də Tükiyəyə aparılarıldıq. Yenədə yalançı imtahana salınaraq geri qaytarıldıq.

Düzü, əvvəlcə etiraz elədim. Amma çarə yox idi, Gördük ki, bizdən başqa da 38 valideyn var ki, bizlər kimi aldadılıblar. Onda bildik ki, iş-işdən keçib. Biz şirkətin rəhbəri Ceyhunla bu barədə söhbət edib pullarımızı geri qaytarmağını tələb etik. Amma o şirin dilindən istifadə edərək dəfələrlə bizləri yola verməyi bacardı. Bu səbəb dən də 3 ildir dələduzluğun qurbanına çevirilmişik. Bizimlə bərabər onlarla insan da Ceyhun və Hüseynin dələduzuğunun qurbanına olub…

“Biz Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, Baş Prokurora, Daxili İşlər nazirinə müracət edirik . Xahiş edirik ki, bizə və onlarla Azərbaycan vətəndaşının etibarında sui-istifadə edən Ceyhun və Hüseynin dələduzluq əməllərinə hüququ qiymət verilsin. Bizlərə külli müqdarda vurulan ziyan araşdırılsın…! “

Qeyd edək ki, Ceyhun və Hüseynin yüzlərlə insana qarşı necə dələduzluq etməsinin inanılmaz səs yazılarını və WhatsApp yazışmalarını da yaxın günlərdə dərc edəcəyik.

Ardı Var

Mənbə:KAİM.az

Geri qayıt