Əsas Səhifə > Ölkə, Manşet > "Təəssüf ki arrtıq mesajlarımı oxumurlar2

"Təəssüf ki arrtıq mesajlarımı oxumurlar2

13-01-2021, 12:16
"Təəssüf ki arrtıq mesajlarımı oxumurlar2
"Şikayətim Limak.az dandır. Screenshotlarda və screenrecordlarda gördüyünüz kimi, Limak.az 2 bağlamamı itirib. (Biri Türkiyə anbarına 18 dek təhvil verilib, digəri isə 21 dek) Təxminən 21 dekabrdan özlərinə bildirmişəm. Cavabında isə gah dedilər "digər bağlamaların içərisindədir", Bakıya gələndə açıb yoxlayın(necə olur digər bağlamanın içərisinə əlavə məhsul qoyurlar, ancaq bağlamın çəkisi və çatdırlma haqqı dəyişmir), gah dedilər "gömrükdədir", gah dedilər indi əlavə olundu hesabınıza həm də "limak limak" bəyannaməsi altında, sonda dedilər "türkiyədaxili kargo şirkəti yəqin səhv təhvil verib."" - Gundeminfo.az xəbər verir ki, bu barədə F.Ə. sosial şəbəkədə yazıb. Şikayətçi daha sonra başına gələnləri belə nəql edir:

- Detalları istədilər, Limakın Türkiyədəki anbarına çatdırılma ilə bağlı hər bir detalı sorğu bölməsinə və inboxlarına göndərdim. Türkiyədəki kargo şirkətlərilə əlaqə saxladım təslimata dair nüsxələri də aldım. Üstəgəl, itən 2 bağlamanın Türkiyə anbarlarına daxil olduğu ilə bağlı mənə limak tərəfindən sms göndərildiyi ilə bağlı screenləri də göndərdim, bəhanə etməsinlər deyə yeganə qeyd etdiyim ünvanın Limakın ünvanı olduğunu göstərən screeni də əlavə etdim. Amma çi fayda! Bağlamalarımı itiriblər, ya başqasının hesabına əlavə ediblər və heç cür boyunlarına almaq istəmirlər, məsuliyyətlərindən yayınırlar. Aşağıdakı screenlərdə görə bilərsiniz.

GUNDEMİNFO.AZ şikayətçiyə istinadən yazır ki, uzun araşdırma və vətəndaşın israrından sonra onunla kimsə əlaqə saxlamayıb. Hətta ziyana düşən vətəndaşa cavab verməkdən belə imtina etməyə başlayıblar. "Təəssüf ki arrtıq mesajlarımı oxumurlar. Oxuduqlarına isə cavab vermirlər. Zənglə də düşmək mümkün deyil. Hara və necə şikayət edə bilərəm?" deyə F.Ə adlı şikayətçi yazır.

Qeyd edək ki, son zamanlar Limak.az daşıma şirkətindən çoxsaylı şikayətlər yayılmaqdadır. Narazı vətəndaşlar da yaşadıqları çətinliklərlə bağlı olaraq son ümid yeri kimi media və sosial şəbəkəni seçirlər.

GUNDEMİNFO.AZ olaraq iddialarla bağlı şirkətin rəsmi mövqeyini dərc etməyə hazırıq.

Vətəndaşın şikayətinə dair iddiaları təqdim edirik:

Geri qayıt