Əsas Səhifə > Ölkə, Manşet > AMEA-da KORONAVİRUS TƏHLÜKƏSİ: İşçilər evlərində karantinə alınıb
AMEA-da KORONAVİRUS TƏHLÜKƏSİ: İşçilər evlərində karantinə alınıb17-06-2020, 10:58 |
DİA.AZ: - Son günlər Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrini sarsan koronavirus pandemiyasının daha da ağırlaşması haqlı olaraq dövlət qurumlarımızı daha sərt addımların atılmasına sövq edir. Amma buna rəğmən hələ də cəmiyyətin dövlət tərəfindən yürüdülən sərt müdafiə rpoqramlarına adekvat reaksiya verməməsi xəstəliyin arealını ölkə daxilində genişləndirməkdədir. DİA.AZ bildirir ki, artıq pandemiyaya yoluxanlar sırasında tanınmış simalarımız da yetərincədir. DİA.AZ-a daxil olan informasiyaya görə, artıq koronavirus pandemiyası Ramiz Mehdiyevin rəhbrəlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının çalışanlarını da haqlayıb. Bu barədə verilən xəbərdə bildirilir: "AMEA-nın Neft Kimya Prosesləri institutunda koronavirus yayılıb. AMEA-nın müxbir üzvü Əsədov Ziyafəddinin vəziyyəti ağırdır". *** DİA.AZ-a daxil olan son məlumatı da təqdim edirk: "AMEA Neft Kimya Prosesləri İnstitutunda, AMEA müxbir üzvü Əsədov Ziyafəddin vəziyyəti agirdi, rəhbərlik etdiyi şöbənin 49 əməkdaşı evdə özünü təcrid edib. İnstitutun əməkdaşları narahatlıq keçirir. Kimin kimlə əlaqədə olması bilinmir. Direktor Vaqif Abbasov gizlətməyə neçə gündü çalışır. Əməkdaşlari həyatını və ailələrini riskə atır. Nəticədə institut əməkdaşları arasında yayılma təhlükəsi yaranıb". Geri qayıt |