Əsas Səhifə > Ölkə, Manşet > Tikinti şirkəti sakinləri çarəsiz duruma salıb

Tikinti şirkəti sakinləri çarəsiz duruma salıb


27-08-2019, 09:37
Tikinti şirkəti sakinləri çarəsiz duruma salıb
Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi 12 ünvanında yaşayan sakinlər “Lider-N” MTK-dan şikayətçi düşüblər. Onlar bildirirlər ki, sözügedən şirkət vətəndaşları aldadaraq, onlarla “pilot layihə” adı ilə müqavilə bağlayıb. Lakin müqavilədə yazılanlara və söz verilənlərə əməl etmir.

JAMAZ.İNFO xəbər verir ki, sakinlərin dediynə görə, hətta şirkət rəhbərliyinin qeyri-qanuni olaraq nəzərdə tutulan evləri sakinlərə təqdim etməyəcəyini bildirib. “Müqavilədə başqa şey yazılıb, amma sənədə uyğun heç bir davranış və qanuni addımlar atılmır. “Pilot layihə” adı ilə müqavilə bağlayıb. Amma indi müqavilədə yazılan və söz verdiyi kimi əməl etmir”.

Fəxrəddin Əsədov küçəsində yaşayanlar deyirlər ki, “Lider-N” MTK-nın rəhbərliyi qanunsuz olaraq, evlərin içindən 14 metr uzunluğunda qaz xəttini qonaq otağından mətbəxə keçirib. “Dəfələrlər demişik ki, qaz xətti binaya və insan həyatına təhlükə yaradacaq. Amma buna əhəmiyyət verən yoxdur”.

“Lider-N” MTK-nın rəhbəri Nazim Quliyev isə sakinlərin narazılığının qarşısını maraqlı bir metodla almaq istəyir. “O deyir ki, bina guya, Prezident İlham Əliyevin əmisi oğlu Fərid Əliyevə aiddir. Üstəlik, onu da deyir ki, hara şikayət edilməsindən asılı olmayaraq, ona heç kim heç nə edə bilməz. Bu azmış kimi, onunla söhbət etmək istəyən şəxsləri də otağından qovur”.

Qeyd edək ki, sözügedən ünvanda yaşayan Gülzar Ələkbərli, Çingiz Şəfiyev və Sevil Məmişova iddiasui-istifadə edərək, dələduzluğa yol verirlər. “Bizim hər dəfə müraciət edirik, amma boş sayırlar. Biz müqavilədə razılaşdığımız nüansları təmin edilməsini tələb edirik. Öz haqqımızı tələb edirik. “Lider-N” MTK-nın rəhbəri Nazim Quliyev isə hər dəfəsində eyni cümlələri ifadə edir. “Kimə istəyirsiniz şikayət edin, problem həll olunmayacaq”. Çarəsiz qalmışıq, bilmirik nə edək”.

Adları çəkilən şəxslər onu da vurğulayıblar ki, Nərimanov rayonunun icra başçısı Abidin Fərzəliyev hələ tikintidən öncə sakinlərlə görüşdə qeyd edib ki, hər şey onların həyat şəraitinin yaxşılaşdırmaq məqsədi ilə edildiyini deyib. “Amma bu gün Abidin Fərzəliyev tərəfindən heç bir addım atılmır. Heç kimə ümidimiz qalmayıb. Tək güvəndiyimiz Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevadır. Onlardan kömək istəyirik”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt