Əsas Səhifə > Ölkə, Manşet > Əkbər Hacıyevin işçiləri belə işləyir...

Əkbər Hacıyevin işçiləri belə işləyir...


20-08-2019, 10:55
Əkbər Hacıyevin işçiləri belə işləyir...
“30 ilə yaxındır ki, burda məskunlaşmışıq, ərazimizə hələ də qaz çəkilməyib. İyirmiyə yaxın ailə əziyyət çəkir”. DİA.AZ bildirir ki, bunu Göygöl rayonunun Üçtəpə kəndi ərazisində məskunlaşan Kəlbəcər köçkünləri deyir.

“Kəndin yuxarı tərəfini qazlaşdırdılar, dedik, biz də köçkünük, lap elə tutaq ki, köçkün deyilik, insanıq, biz də bu ölkənin vətəndaşıyıq, bizim də haqqımızdır o qazdan istifadə etmək, bir halda ki, kəndin o başına qaz çəkmisiz, gətirin, bu başına da çəkin. Dedilər, gözləyin...” – şikayətçilər deyir.

Kəndin aşağı tərəfindəki yaşayış məntəqəsində 10 köçkün ailəsi, təxminən 10 yerli və kənardan gəlib məskunlaşan ailə yaşayır. Təxminən 30 ilə yaxındır ki, bu ərazidə yaşayış mövcuddur. Sakinlər deyir ki, onların şikayəti elə hamısının adından çatdırılsın.

Köçkünlər deyir, mavi yanacaq olmadığından qaz balonlarından istifadə etmək məcburiyyətindədilər. Bu isə onların həyatını dəfələrlə təhlükəylə üz-üzə qoyub: “Yay-qış qaz balonu işlədirik. Dəfələrlə patlayış olub. Dağətəyi yerdir, soyuqlar tez düşür, elektrik cihazları qoşmağa məcbur oluruq. Naqillər yüklənir, qısaqapanma yaranır. Demək olar ki, hər evdə 2-3 uşaq var, onların da həyatı təhlükəyə düşür”.

Köçkünlər iddia edir ki, evlərin qazlaşdırılması üçün onlardan rüşvət istənilir: “Deyirlər, 2 min manatdan yığın, gələk, qaz probleminizi 1 ayın içərisində həll edək. Bu qaz xəttini çəkmək dövlətin, məmurun vəzifəsidirsə, vətəndaş niyə pul toplamalıdır? İş yeri yox, gəlir yeri yox, adamlar səhər açılanda fikirləşir ki, günortaya çörəyi hardan tapıb süfrəyə qoysun, bunlar vətəndaşı soymaqla məşğuldurlar. Dövlətin görməli olduğu işləri də vətəndaşlara yükləyirlər”.

Köçkünlər dəfələrlə Gəncə şəhər Qaz İstismarı Sahəsində olduqlarını deyirlər. İki gün əvvəlsə aidiyyəti qurumlara rəsmi məktubla müraciət ediblər.

Geri qayıt