Əsas Səhifə > Ölkə, Manşet > Baş nazirin müavini haqda YENİ ŞOK İTTİHAMLAR
Baş nazirin müavini haqda YENİ ŞOK İTTİHAMLAR6-08-2019, 11:27 |
Xəbər verdiyimiz kimi, baş nazirinin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci ilin avqust ayında Bakıda törətdiyi avtoqəza nəticəsində ağır yaralanan Türkiyə vətəndaşları bugünlərdə Ə.Həsənova qarşı ittihamlarla çıxış ediblər. Belə ki, Türkiyənin məşhur “Haber Türk” kanalında yayımlanmış reportajda Əli Həsənovun Türkiyə vətəndaşları Mutalib Tekiş və Songül Tekişi aldatdığı iddia olunub. Bu haqda kanala elə Tekişlərin özləri məlumat veriblər. Onlar bildiriblər ki, qəzadan sonra Əli Həsənov onlardan şikayətçi olmamağı xahiş edərək, bunun müqabilində bütün xərcləri ödəyəcəyinə dair vəd versə də, sonradan sözünə əməl etməyib. Lakin Nail Allahverdiyevin vəkili Muxtar Mustafayev yazılı açıqlama yayaraq qəzada xəsarət alan Tekiş cütlüyünün bütün müalicə xərclərinin qarşılandığını, Türkiyə vətəndaşlarının şantajla məşğul olduğunu iddia etdi. Vəkilin sözlərinə görə, bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsilə edilib və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur: “Mutalib Tekiş tərəfindən əsassız, qeyri-real tələblər irəli sürüldüyündən qanunvericiliyə müvafiq olaraq mübahisənin məhkəmədə iddia qaldırılmaqla həll edilməsi ona təklif edilib. Ona dəfələrlə bildirilib ki, məhkəmədə zərərlə bağlı sübutlar əsasında ziyanın ödənilməsi ilə bağlı barışıq sazişinin imzalanması təklif ediləcəkdir”. M. Mustafayevin dediklərinə görə, M.Tekişin Afrikada biznesinin olduğu və məlum qəza nəticəsində həmin biznesinin çətin vəziyyətə düşdüyü barədə deyilənlər həqiqətə uyğun deyil: “Mutalib Tekiş heç bir əsaslandırma, sübut təqdim etmədən qəza nəticəsində böyük maddi ziyan çəkdiyini, guya, Afrikada bir milyondan artıq zərərə uğradığını iddia edir. Lakin çox maraqlıdır ki, 2015-2017-ci illər ərzində, yəni qəzadan əvvəl özünə aid Türkiyədə tibbi sığorta borcunu maddi vəziyyətinin ağırlığına görə ödəmək imkanı olmadığından, həmin sığorta borcu da özünün xahişinə əsasən Elman Allahverdiyev tərəfindən ödənilib. Mutalib Tekişin və Songül Tekişin pul vəsaitlərinin olmaması səbəbindən müalicələrini davam etdirə bilməmələri barədə dəlilləri də inandırıcı deyildir. Belə ki, Türkiyə Respublikasında tibbi sığortası olan şəxslərin bütün müalicə məsrəfləri dövlət tərəfindən qarşılanır”. “Mən artıq dözə bilmirəm, imkanım qalmadı” Vəkil M. Mustafayevin iddialarını təkzib edən Mutalib Tekiş “Hürriyyət”ə bunları söylədi: “Öncə də demişəm, mənim müalicəmin xərclərini Əli Həsənovun ailəsi cəmi 3-4 ay ödədi, sonrasını öz vəsaitimlə davam etdirməli olmuşam. Yoldaşımın müalicəsini isə 2018-ci ilin sonunadək davam etdirdilər. 2018-ci ilin dekabır və 2019-cu ilin yanvar ayının fakturasını bunlardan çətinliklə aldım. Son 7 aydır mən müalicə olunuram, hər tərəfə borçlanmış durumdayam. Hətta mənə əməliyyat üçün pul verəcəklərdi, onu da göndərmədilər. Həsənov ailəsi pulu bizə deyil, xəstəxanaya ödəyirdu. Pulu ödəmədikləri üçün xəstəxana yoldaşımı çıxardı. Baxın, biz nəyin mubarizəsini eləyirik? Bu, çox ayıb bir şeydi. Bu, Əli Həsənova yaraşmır. Biz iddia edirik ki, biz sağalmadıq, sağalmaq istəyirik. Onlara görə hər şeyimizi, işimizi, ailəmizi, sağlığımızı itirdik. Gəlin, hər şeyini yox etdiyiniz bu ailənin əlindən tutun, bu ailə dağılmasın, deyirəm. Mən artıq dözə bilmirəm, imkanım qalmadı, müalicələrimizi elətdirə bilmirəm. Əli Həsənov şəxsən zəng edərək vermiş olduğu sözlərə sahib dursun. Biz o sözə Əli Həsənovun sözü olaraq deyil, böyük Azərbaycan dövlətinin ona vermiş olduğu məqama etibar etdiyimiz için inandıq ve etibar elədik. Eyni zamanda bizlərə yazılı olaraq da verdikləri müqavilələrə əməl etsinlər. Yoldasımın hər gün ağrıdan qışqırıqlarına mən şahidəm. Sizin heçmi vicdanınız, mərhəmətiniz yoxdur? Onlar mətbuata “biz xəstəxana ilə görüşdük, reanimasiya müalicələri başa çatıb” deyərək bütün Azərbaycan xalqına yalan söyləyirlər. Əgər başa çatıbsa, hesabatları göstərsinlər. Mən sizə aldığım həkim heyətinin hesabatını da göndərdim. Həsənov ailəsinin Avropada biznesləri, otelləri, klinikaları var. Bizə inanmırlarsa, öz klinikalarındakı həkimlərə müalicə etdirsinlər, vəziyyətimiz pisdi, yoxsa yaxşıdı cammaat da bilsin, yalanla milləti məşgul etməsinlər. Əlbəttə ki, bizim xərclərimizi çəkəcəklər, bu, yüz min də, yüz milyon da olur. O yolda yeniyetmə uşağa milyonluq maşın verənlər yol qaydalarını bilməyən bu uşağın elədikləri ziyana da cavabdeh olmalıdırlar”. “Azərbaycan da heç bir vəkil Əli Həsənovun adını eşidəndə bu davayı qəbul etmir” “Məhəkəməyə ona görə getmirik ki, birincisi, özəlliklə yoldaşım üçün təcili vəziyyətdə müalicənin davamı gərəkdir. Məhkəmə prosesi uzun çəkəcək və yoldaşım bundan çox böyük xəsarət alacaq. İkincisi də Azərbaycanda heç bir vəkil Əli Həsənovun adını eşidəndə bu davayı qəbul etmir, cəsarət etmir. Bir tanış vasitəsiylə vekalət verdiyim Aslan İsmayılov da Vəkillər Kollegiyasina daxil olmadığından məni məhkəmədə təmsil edə bilmir. Üçüncüsü də bizim vəkil tutmağa pulumuz və imkanımız qalmadı”,-deyə şiakəytçi qeyd etdi. Şantaj iddiasına gəlincə, M. Tekiş dedi ki, zərər verən tərəf öz günahlarını və suçlarını ört-basdır etmək üçün onları santajçılıqda suçlayır: “Mən və ailəm deyil, Həsənovun ailəsi də heç kimsəyə şantaj edəcək qədər bəsirətsiz deyilik. Ortada şantaj edəcək bir məsələ də yoxdu. Ancaq Elman Allahverdiyev və yanındakı dostları “Algomed” xəstəxanasında yoldaşıma “imza atmazsanız, sizə dəstəyimiz olmaz” deyərək acılar içində qıvrılan yoldaşımı şantaj etmişdir”. “Afrikada ticarətim olduğunu təsdiq edən sənədlər lazım olan vaxtı təqdim edilər” “Vəkil sizin Afrikada biznesiniz olmadığını deyir. Siz bunu sənədlərlə təsdiq edə bilərsiniz” sualına M. Tekiş belə cavab verdi: “Mənim 2011-ci ildə Afrikada ticarətə başlamışdım. Öncə orada mağazalar, sonra da inşaat işlərinə daxil olduq. Qəzadan öncəki imzaladığımız milyonluq müqavilə qəza bas vərəndə ləğv edildi. Afrikada ticarətim olduğunu təsdiq edən sənədlər lazım olan vaxtı təqdim edilər, kimlərin yalan dediyi o vaxt ortaya çıxar”. “Bütün dünyaya bunların zalımlıqlarını hayqıracağam” M. Tekiş onu da vurğuladı ki, aclıq aksiyası onların son çıxışı olacaq: “Əgər mətbuatdakı bu çıxışlarımızı cənab prezdentimizin eşitməsini əngəlləsələr, aclıq aksiyası ilə eşitməsinə çalışacağam. Çunki açlıq aksiyası ölüm deməkdir. Bu çıxışımla maşınla öldürəmədiklərini hər kəsin gözü önündə öldürəcəklər, bütün dünyaya bunların zalımlıqlarını hayqıracağam”. “Həsənov ailəsi məni buna məcbur etdi” “Mən təxminən 17 ildir Azərbaycanın qurulmasının şahidi oldum. Cənab prezdentimizin çox böyük xeyirxahlığına şahid oldum, onu və yoldaşı Mehriban xanımı ailəliklə çox sevirik, onlardan bizə edilən vicdansızlığa “dur” demələrini gözləyirik. Xahiş edirəm bizim problemlərimizi həll edin. Mən inanıram ki, cənab prezdentimiz İlham Əliyev və yoldaşı Mehriban xanım bizim bu sıxıntımızı həll edəcəklər və bizə sahib çıxacaqlar. Azərbaycan mənim öz vətənimdir. Bu hadisəni bu şəkildə açıqlamaq bizə zərər verənlərin ayıbıdır. İstəməzdim ki, Türkiyə mətbuatında da belə bir hadisə yayılsın. Bir millət iki dövlət olan qardaş dövlətlərin bu hadisəni eşitməsindən narahatam, ancaq Həsənov ailəsi məni buna məcbur etdi”,-deyə şikayətçi əlavə etdi. “Mənim tək inamım Prezdentimiz və Mehriban xanımdır” M. Tekiş onu da nəzərə çatdırdı ki, həyat yoldaşının şikəstliyinə əlavə olarak ürək çatışmamazlığı, müxtəlif ortopedik problemlər ortaya çıxıb və mütləq əməliyyatlara ehtiyacı var: “Özümun ağciyərimdən əməliyyat olmam lazımdır, ancaq həkimlər “bu çox risqli uyanamazsın, biz bu risqə gedə bilmərik” deyərək əməliyyat etmirlər. Səs tellərimdəki şikəstlik zaman-zaman ciddi problemlər çıxardır, sol dizimdəki platinlər məni iş görmək üçün uzun müddət ayaq üstə qala bilməməyimə səbəb olur. Mən və ailəm bu sıxıntılarla mücadilə edərkən bizim sağaldığımızı soyləyənlərin insanlığından şübhəm var. Bir nazır vəzifəsində oturan kişiyə bu hərəkət yaraşmır. Biz sağalmışıqsa, gəlin, hesabatı alın, bizi də “yalan söyləyir” deyə, ifşa edin. Yox, hesabatı almırsnızsa, bilin ki, siz yalançısınız bizə şər və böhtan atırsınız. Bilinsin ki, mənim bu son çıxışım olmayacaq. Cənab prezdentimiz və Mehriban xanım eşidənədək bu çıxışlarım olacaqdır. Mənim tək inamım Prezdentimiz və Mehriban xanımdır”. Hurriyyet.org Redaksiyadan: Qarşı tərəfin mpvqeyini dərc etməyə hazırıq. Geri qayıt |