Əsas Səhifə > Ölkə, Manşet > Nazir bu tibb ocağında baş verənlərdən xəbərsiz olar, yəqin...
Nazir bu tibb ocağında baş verənlərdən xəbərsiz olar, yəqin...14-06-2019, 11:30 |
Bu gün redaksiyamıza Bakı şəhər 5 saylı Kliniki Xəstəxanası haqqında şikayət daxil olub. Bizimhedef.info-ya daxil olan məlumatda deyilir ki, 5 saylı Kliniki Xəstəxanada antisanitariya və özbaşınalıq baş alıb gedir. Xəstəxanada pinti bir mühit və dözülməz şərait var. Bildiyiniz kimi, hələ bir neçə il öncə Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq 5 saylı Xəstəxanada tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir. Məlumatda deyilir ki, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir. Xəstəxanada "UZİ"-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyası isə 30 manata başa gəlir. Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır. Məlumatda daha sonra qeyd olunur ki, hətta palataların təmizlənməsi üçün də xəstələrdən pul tələb edilir. 5 saylı Kliniki Xəstəxanada bu cür özbaşınalıqlarla daha çox rayonlardan gətirilən ağır xəstələrin üzləşdiyi vurğulanır. Belə ki, rayonlardan gələn əksər xəstə sahiblərinin paytaxt Bakıda gedəcək bir yerləri olmadığından, şikayət edəcəkləri ünvan tanımamaqları xəstəxananın rüşvət alan personalının "əl-qolunu” açır. Rayon xəstəxanalarından "göndəriş" gətirilməsini bəhanə edərək xəstələri soyurlar. Şikayətdəki iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |