Əsas Səhifə > Ölkə, Manşet > "Siz bu gün vaxtilə taladığınız pulların hesabına Bakı şəhərindən ev alırsınız, mən isə...

"Siz bu gün vaxtilə taladığınız pulların hesabına Bakı şəhərindən ev alırsınız, mən isə...


21-05-2019, 10:23
"Siz bu gün vaxtilə taladığınız pulların hesabına Bakı şəhərindən ev alırsınız, mən isə...
Bir-iki gün bundan öncə Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov Bakı şəhəri, Yasamal rayonunda yeni tikilən binalardan birində ev almaq məqsədilə, Yasamal rayonundakı ''Kaktus'' restoranının yaxınlığında inşa olunan binalardan birinə gəlir.

Həmin an o, əslən Gədəbəy rayonundan olan və vaxtilə heç bir məhkəmə qərarı olmadan obyektini dağıtdırıb, onu küçələrə salan sahibkar Əliyev Oktay Qara oğlu ilə üz-üzə gəlir.

Oktay Əliyev həmin an ona bildirir ki, ''Ramiz müəllim, gördünüzmü vəzifə heç də əbədi deyil. Siz məni 2015-ci ildən pis günlərə saldınız və mən sizin ucbatınızdan öz doğma yurdum olan Gədəbəy rayonundan didərgin düşdüm. Hesab etməyin ki, mən sizdən əl çəkəcəyəm. Yəqin ki, siz yaxın vaxtlarda məhkəmə qarşısında cavab verməli olacaqsınız və mənə vaxtilə vurduğunuz ziyanı da ödəyəcəksiniz.

"Siz bu gün vaxtilə taladığınız pulların hesabına Bakı şəhərindən ev alırsınız, mən isə...

Siz bu gün vaxtilə Gədəbəydə taladığınız pulların hesabına Bakı şəhərindən ev alırsınız, mən isə hal-hazırda ailəlikcə kirayələrdə yaşayıram”. Həmin anlarda Ramiz Yediyarov yalançı vədləri hesabına Oqtay Əliyevi bir daha aldatmağa çalışır və məqsədinə də nail olur. Belə ki, o, Oqtay Qaraoğluna bildirir ki, ''Oktay, sən həmin illərdə bəzi qruplara qoşuldun. Mən sənə ev və dükan tikdirəcəkdim, əlavə 20000 manat pul verəcəyidim'' desə də, o, çox keçmir ki, taksiyə əyləşərək aradan çıxmağı bacarır.
GundemXeber.Az



Geri qayıt