Əsas Səhifə > Ölkə, Manşet > "Grand Hospital”ın “EGE hospital”a çevrilməsinin şok VERGİ SİRRİ

"Grand Hospital”ın “EGE hospital”a çevrilməsinin şok VERGİ SİRRİ


16-04-2019, 10:32
"Grand Hospital”ın “EGE hospital”a çevrilməsinin şok VERGİ SİRRİ
"Grand Hospital”ın “EGE hospital”a çevrilməsinin şok vergi sirri. Vergilər Nazirliyi son vaxtlar mətbuatın gündəmindən düşməyən məşhur “Grand Hospital”da yoxlamalara başlamışdı.
Klinikanın bir həftə əvvəl adının dəyişərək “EGE hospital” kimi fəaliyyətinə davam etməsinin bir səbəbi də vergi yoxlaması imiş.

Vergi yoxlamalarını klinikanın mətbuat xidmətinin rəhbəri də təsdiqləmişdi.

Görünür ki, vergidən yayınma halları aşkarlanıb və bu borclardan yaxa qurtarmağın yollarından biri də klinikanın adını dəyişmək qərarı olub.

Çünki adətən praktikada külli miqdarda vergi yükləməsi gəldikdə MMC və ya hər hansı təşkilat özünü buraxaraq, yeni adda fəaliyyətə başlayır.

Bu zaman vergi borclarının böyük hissəsindən qurtulmuş olar. Necə ki, bir vaxtlar “Bakı”, “İnter” kimi futbol klubları analoji addımlar atmışdılar.

Klinikanın sözçüsü bu ilin ilk ayında belə demişdi:

“Müxtəlif qurumlarda yoxlamaların aparılması tam normaldır. Hər il olduğu kimi, bu il də hesabat verilir.

Vergi ödəyiciləri bilir ki, yanvar ayında hesabat verilməlidir. Ən kiçik dükanda belə vergi hesabatları aparılır. Burada qeyri-adi səbəb axtarmaq lazım deyil”.

"Kommersant.az" xəbər verir ki, klinikanın “EGE” adı ilə fəaliyyətini davam etdirməsi isə türkiyəli rəhbərliyin gəlməsidir.

O isə gələr-gəlməz onlarla azərbaycanlı həkimi xəbərdarlıq etmədən işindən uzaqlaşdırıb. Klinikanın rəhbəri Yalçın bəy “EGE”yə öz həmyerlilərini cəlb edib. Bu da etirazlara səbəb olub.

Məsələn, tanınmış həkim Vaqif Qarayev “Grand Hospital”da həkimlərin kütləvi şəkildə ixtisarına etirazını bildirib.

Məşhur pediatr özünün feysbuk səhifəsində yerli həkimlərin klinikadan qovularaq başqa ölkənin həkimləri ilə əvəz edilməsinin heç bir məntiqə uyğun olmadığını qeyd edib:

“Grand Hospital” rəhbərliyi yerli həkimləri bayıra atıb əvəzində isə Türkiyədən mütəxəssis gətiriblər.

1983-cü ildə Moskvada bir gənc gürcü əsilli cərrah bütün dünyada sensasiya doğuracaq əməliyyat etmişdi – 3 yaşlı qızcığazın amputasiya olunmuş ayaqlarını yerinə tikə bilmişdi!!!

Sonralar gürcülərin padşahı Qamsaxurdia onu ölkəsinə gətirmişdi. Gürcü həkimi rusun adına işləməməlidi deyə. Bu klinikada ola bilər düzgün getməyib.

Amma yerli həkimləri kütləvi olaraq işdən qovub başqa ölkədən həkim gətirmək normal məntiqə sığmır. 2019-cu ildi…Bizim peşəkar həkimlərimiz var axı! Özümüz özümüzü niyə aşağılayırıq?!”

Baş həkim Şahin doktor, onun müavini Ələkbər doktor, reanimasiya şöbəsininin müdiri Rauf doktor, cərrah Seymur Musayev, uroloq Seymur Mehdiyev, travmatoloq Sənan Aşurov, LOR həkimi Pərviz Aslanov və Tələt Şəfiyev işdən azad olunublar.

Ümumlikdə 100-ə yaxın həkimi işsiz qoyaraq onlara gedin özünüzə başqa yerdə iş tapın deyə göstəriş verilib.

İşdən çıxarılan həkimlər iddia edirlər ki, “Grand Hospital”da ciddi şəkildə vergi yayınmaları mövcüddür. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, vergiyə görə təcili adı dəyişiblər.

Bu tibb ocağının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi.

MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.

Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Lakin bu klinikanın arxasından yeni bir ad çıxıb. Verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Qulu Quliyev olduğu iddia edilir.

Məlumatlı şəxsin iddialarına görə, Q.Quliyev vaxtilə Xaçmaz “MERO”nun rəisi işləyib. Q.Quliyev indi klinikalara nəzarət edir.

Q.Quliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qudasıdır. Məlumatda bildirilir ki, Q.Quliyev ədliyyə naziri Fikrət Məmmədovla da qohumdur.

Yəni, klinikanın əsas himayəçisinin əl dəyişib-dəyişmədiyi bilinmir.

Klinikanın mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt