Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > BÜTÜN VƏTƏN XAİNLƏRİNƏ....

BÜTÜN VƏTƏN XAİNLƏRİNƏ....


7-01-2019, 14:49
BÜTÜN VƏTƏN XAİNLƏRİNƏ....
Deyirlər, Əkrəm Əylisli nəsə yazıb... Buna qədər də bir arvad (adı Nərmin olmalı idi - M.Ə.) nəsə yamışdı. Ondan da əvvəl nəsə yazmışdılar, bundan sonra da nəsə yazacaqlar...

Həyatdır. Ataların şablonlaşmış deyimindəki kimi yanaşasaq, hürməklərinə baxmayaraq, yolumuza davam etməliyik.

Bəli, "vətən xaini" ifadəsi varsa, vətən xainləri də var demək ki... Demək ki, yaşları da qədimdir... Ən azından bu ifadə qədərindəı.

Onlar xaindirlər.Hər şeyə, hər gördüklərinə qara eynəkdən baxmağı sevirlər və bununla da elə zənn edirlər ki, etirazçldlrlar və yaxud da elə bir fasonda görünməyə çalışırlar. Fərqli gğrünmək istəklərio qədər qıcqırır ki, sonunda nəsillərini belə baqaja qoyduqlarının fərqinə belə vara bilmirlər.Bəlkə də bilirlər və görükəni də odur ki, bilirlər!

Məqsədlidirlər! İstəyirlər ki, millət də onlar kimi qısır olsun. Təkcə fizioloji baxımdan yox ha... həm də mənəvi baxımdan. Necə ki onlar ailə həyatı qurmazlar və yaxud da ailə qurarlarsa, 2 uşaqdan artığını istəməzlər... eləcə də fikirlərində elədirlər. Qısırdırlar. Çünki xaindirlər.

Onlar üçün Azərbaycanın dəyəri yoxdur. Bizim üçün də. Amma yerlə göy qədər fərqliyik. Çünki bizə görə Azərbaycan qiymət biçilə bilmədiyinə görə dəyərlidir. Onlara görə isə Azərbaycana qiymət qoymadıqlarına görə.

Onlara görə qanımızı qaraltmaqmı zorundayıq? Əsla!!!

Boş verin, onları BƏYLƏR!

Hər halda bu vətənin dəyərini onun naminə sabah düşmənin ağzını ovmağa hazır olan övladları biləcək. Hansıa qəpik-quruş naminə namusunu belə satışa çıxaranlar yox.

Yəqin ki, bu ağır ifadələr bu gün "sosial şəbəkə" adlandırılan meydanda saxta qəhrəmanlıq edənlərin mahiyyətinin ən yüngül ifadəsi olaraq qəbul ediləcək.

Bəli, onlar elədirlər. Onlar elə də olublar və bundan sonra da elə olacaqlar.

Vətəni, milləti sevməyib də,dədəsinin (əslində kimliyini - M.Ə.) müzakirəyə çıxaranlar ən qorxulu olanlardır. Onların sözləri isə hədədir, ürəkdən çıxa tikan deyil. Hədələyən isə Aərbaycan adlı karvanın daha da böyüklüyə doğru yön aldığını xəbisliklə seyr edən binəva köpək sürüsüdür. Çünki artığına gücləri çatmır... çata da bilməz...

Fikrimizin sonunda isə BÜTÜN VƏTƏN XAİNLƏRİNƏ.... təık bir ifadə ilə cavab verərdim: TANRI TÜRKÜ QORUSUN! ...gerisi boş şeydir!

Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru

Geri qayıt