Əsas Səhifə > Ölkə, Manşet > Köhnə komandasından canını qurtarıb...

Köhnə komandasından canını qurtarıb...


13-12-2018, 11:33
Köhnə komandasından canını qurtarıb...
DİA.AZ: - Redaksiyamıza hazırda Beyləqan rayonuna rəhbərlik edən Asif Ağayevlə ilginc məlumat daxil olub. Belə ki, DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə maraqlı faktı açıqlayıb.

Heç bir şərh vermədən dia.az-a deyilənləri təqdim edirik:

"Asif Ağayev Beyləqana başçı getsə də, özü ilə kimsəni - yəni köhnə komandasında təmsil olunan kimsəni Beyləqana aparmadı. Buna diqqət çəkmək lazımdır. Əslində burada əsas səbəblərdən biri odur ki, bu vaxta qədər, yəni Asif Ağayev Şamaxıya rəhbərlik etdiyi dönəmdə rayonu o yox, başqaları idarə edib. Bu barədə yerli mətbuatda yetərincə xəbərlər yazılıb. Məsələn dəfələrlə saytlardan oxumuşuq ki, Şamaxını Asif Ağayev yox, müavini Qasım Qasımov idarə edib.

Ona görə də Şamaxıdakı rəhbər heyət də Qsım Qasımovun komandası olduğundan Asid Ağayev özü ilə Beyləqana kimsəni aparmaq istəməyib.

Belə birisinə təkrar etimad göstərilməsi gözlənilən olamasa da, Asif Ağayev bu gün Beyləqanın icra başçısıdır. Və bu gün xəbərlər gəlir ki, özünə komanda qurmaq istəyir. Amma onun xarakterdə olan biri üçün komanda qurmaq imkansızdır. Asif Ağayev əslində ən yaxşı "İkinci adam" ola bilər. Onun birinciliyi şübhəlidir. Və bu özünü Beyləqanda da göstərəcək. Yenə də hansısa məmur parlayacaq və Asif Ağayevi kölgəsi altına alacaq".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt