Əsas Səhifə > Ölkə, Manşet > Novruz bayramını kreslosuz keçirəcək icra başçıları

Novruz bayramını kreslosuz keçirəcək icra başçıları


20-02-2019, 10:57
Novruz bayramını kreslosuz keçirəcək icra başçıları
DİA.AZ: - Fevral ayının sonlarında və mart ayının əvvəlində Azərbaycanın bir sıra rayonlarında, xüsusilə də, cari ilin aqrar hesabatları üzrə göstəriciləri bərbad olan rayonlarda icra başçılarının yenilənməsi prossesi başlayacaq. Dövlət başçısının göstərişlərinə uyğun olaraq kənd təsərrüfatı,sahibkarlarla iş, investitsiyaların təşviqiq və cəlbedilməsində geridə qalan rayonlarda başçılar yenilənəcək.

DİA.AZ-a daxil olan məlumata görə, artıq həmin ciddi nöqsanlara yol vermiş və dövlət başçısının streteji olaraq tapşırıqlarına əməl etməyən rayonların və bu rayonların rəhbərlərinin adları bəllidir.

Mənbə bildirir ki, Ağsu, Lənkəran, Qusar, Şəmkir, Yevlax, Samux, Kürdəmir və Masallı rayonlarının başçıları ilk olaraq "vurulacaqlar". Mənbənin dia.az-a söylədikləri:

"Bundan əlavə Bakının Pirallahı və Sabunçu rayonların, habelə işğal altında olan Xocavənd və Şuşa rayonlarının rəhbərləri də dəyişdiriləcək".

Mənbə ümumi olaraq 20-dən artıq RİH-də yenilənmələrin planlaşdırıldığını iddia edir.

Geri qayıt