Əsas Səhifə > Ölkə, Manşet > Ermənilər Azərbaycanın hesabına belə varlanırlar...

Ermənilər Azərbaycanın hesabına belə varlanırlar...


17-09-2018, 17:29
Ermənilər Azərbaycanın hesabına belə varlanırlar...
Avqust ayı ərzində Azərbaycanın işğal altındakı ərazilərini zəbt etmiş ermənilər əsasən münbit torpaqlarımız vasitəsi ilə əldə etdikləri məhsullar hesabına sərhədlərimizdən xaricə qanunsuz olaraq 10,7 milyard dram(təxm. 37, 4 milyon AZN) məbləğində mal çıxarıblar.

Moderator.az yazır ki, bu haqda Xankəndindəki qondarma separatçı rejimin maliyyə işlərinə cavabdeh olan saxta qurumdan məlumat verilib. Həmin məlumata görə, eyni müddətdə Ermənistandan və digər ölkələrdən sərhədlərimizdən qeyri-qanuni şəkildə keçirməklə ərazimizə 10, 2 milyard dramlıq(təxm. 36 milyon AZN) mal daşınıb. Guya ötən ilin eyni ayına nisbətdə 2018-ci ildə “ixrac” 40,9 faiz, “idxal” isə 6,1 faiz artıb.

Malların çoxu Göyçə-Ağdərə(“Vardenis”-“Mardakert”) yolu ilə( “idxal”- 7 mlrd. dram(təxm. 24,5 mln. AZN), ixrac - 7,8 mlrd. AZN(təxm. 27,3 mln. AZN) daşınıb. Gorus-Xankəndi yolu ilə isə 3,2 mlrd. dramlıq(təxm. 11, 2 mln. AZN) mal “ixrac” edilib, 2,8 mlrd. dramlıq(təxm. 9,8 mln. AZN) mal isə “idxal” edilib.

P.S. Yəqin Azərbaycanın Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi göstərilən rəqəmlər əsasında torpaqlarımızın işğal altında qalması səbəbindən hər ay dövlətin hansı məbləğdə vəsait itirdiyini təxmini hesablayar...

Geri qayıt