Əsas Səhifə > Ölkə, Manşet > Böhran içində olduğu deyilən "AG Bank”dan daha bir ƏCAİB QƏRAR

Böhran içində olduğu deyilən "AG Bank”dan daha bir ƏCAİB QƏRAR


4-09-2018, 11:15
Böhran içində olduğu deyilən "AG Bank”dan daha bir ƏCAİB QƏRAR
"AG Bank” ABŞ dolları və avro ilə əmanət qəbul etmir.

Dia.az kommersant.az-a istinadən xəbər verir ki, "AG Bank” "Sərfəli əmanət” paketində xarici valyutada əmanət qəbul etmir. Belə ki, sözügedən bank əmanət müddətləri 3 ay, 6 ay, 9 ay və 1 il olan manat əmanətini illik 4% -dən 11% -dək qəbul edir. Eyni paketdə ABŞ dolları ilə 3 aylıq əmanət qəbul etməyən bank, 6 ay, 9 ay və illik dollar əmanətini illik 1,5%-dən 3%-dək qəbul edir.

Qeyd edək ki, "AG Bank” avro ilə də 3 ay, 6 ay və 9 aylıq əmanət qəbul etmir. 1 illik avro əmanətinin illik faiz dərəcəsi isə 1% təşkil edir.

Geri qayıt