Əsas Səhifə > Ölkə, Manşet > Maliyyə Nazirliyindən icra hakimiyyətlərinə "QURŞAQDAN AŞAĞI ZƏRBƏ"...
Maliyyə Nazirliyindən icra hakimiyyətlərinə "QURŞAQDAN AŞAĞI ZƏRBƏ"...16-08-2018, 11:22 |
DİA.AZ: - "Aparılan yoxlamalarla, habelə müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda onların üzərindən yenidən təmir işləri aparılır və bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır. Eyni zamanda, araşdırmalar zamanı yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı, balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib". DİA.AZ bildirir ki, bu ifadələr dünən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayarkən səslənib. Belə ki, Maliyyə Nazirliyinin ekspertləri bəlkə də ilk dəfə idi ki, rayon icra hakimiyyəti başçılarının qeyd olunan ƏSAS YEYİNTİ maxinasiyalarını ifşa edirdilər. Və bu ilk dəfə idi ki, rəsmi sənədlərdə qeyd olunmuş oldu. Doğrudur, buna qədər yerli KİV-lər icra başçılarının abadlıq adı altında sözügedən əməllərini ictimailəşdirirdi. Amma maləsəf, rəsmi reaksiya sıfır dəırəcəsində idi. Amma bu dəfə fəqrli oldu və Maliyyə Nazirliyi nəhayətdə büdcə pullarının MÜDAFİƏSİNDƏ dayandığını nümayiş etdirdi. Əslində elə də qəhrəmanlıq etmiş deyillər, sadəcə işlərini görürlər, vəssalam. DİA.AZ bildirir ki, MN-nin ekspertləri eyni zamanda konkret ittihamlar da səsləndiriblər və bununla da RİH başçılarını rəsmən dövlətin, qanunların mühakiməsinə buraxıblar ki, bu fakt da artıq yeni bir mərhələnin başlanması anlamına gəlir. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayarkən əlavə edib ki, aşkar edilən əsassız ödənişlərin 12 təşkilat (Beyləqan Rayon İcra Hakimiyyətinin Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının aparatı, Şəmkir Rayon İcra Hakimiyyətinin Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Xızı Rayon İcra Hakimiyyətinin Xızı Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının aparatı, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyinin Y.Gindes adına Uşaq və Yeniyetmələr üçün Sümük-Vərəm Xəstəlikləri Sanatoriyası, Göyçay Mərkəzi Rayon Xəstəxanası, Qobustan Mərkəzi Rayon Xəstəxanası və Masallı Mərkəzi Rayon Xəstəxanası) üzrə 276,9 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə sənədlər isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib. İlin ilk altı ayında həmçinin, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının qərarlarına əsasən 3 təşkilatda yoxlamalar (Saatlı Rayon İcra Hakimiyyətinin Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Kənd Təsərrüfat Nazirliyinin Biləsuvar Rayon Kənd Təsərrüfatı İdarəsində və Neftçala Rayon Kənd Təsərrüfatı İdarəsində) yekunlaşdırılıb və onların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax Şəhər Şöbəsində, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində, Təhsil Nazirliyinin Laçın Rayon Təhsil Şöbəsinin 37 saylı və Qarakeçdi kənd 2 saylı tam orta məktəblərində, Balakən Rayon İcra Hakimiyyətinin Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı Körpələr evi-uşaq bağçasında, habelə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində və onun Mərkəzi Hospitalında başlanılmış yoxlamalar isə hal-hazırda davam etdirilir. Aparılan nəzarət tədbirləri ilə nəzarət obyektlərinin fəaliyyətlərində aşağıdakı xarakterik nöqsanlar aşkar edilib. Yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, rayon (şəhər) ərazisindəki inzibati binaların (xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin inzibati binalarının və digər sosial obyektlərin), habelə yolların təmiri və tikintisi üçün ayrılan vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin əsassız olaraq artıq yazıldığı, mallların (iş və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, satınalma prosedurlarının keçirilməsi ilə əlaqədar ehtimal dəyərlərinin müəyyən edilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi və onların müvafiq qaydada ekspertizaya təqdim olunmadığı, müvafiq il üçün rayon mərkəzlərində (şəhərlərdə) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatların bəzi hallarda tərtib edilmədiyi, tərtib edildiyi hallarda isə işlərin (xidmətlərin) dəyərinin əsassız olaraq artırıldığı və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərcləndiyi, alınmış malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının təmin edilmədiyi, uşaq baxçalarında əsassız olaraq artıq qrupların yaradıldığı və uşaqların davamiyyətinin çox aşağı olduğu, bəzi hallarda isə uşaq baxçalarının binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda uşaq baxçalarının fəaliyyətlərinin sənədləşdirildiyi, uşaq baxçalarında uşaqların ərzaqla təchizatının çox aşağı səviyyədə olduğu, bəzi hallarda uşaq baxçalarında uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bəzi hissələrinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub. DİA.AZ bildirir ki, bu kimi faktların ictimailəşdirilməsi və RƏSMƏN ELAN OLUNMASI icra başçıları üçün ciddi siqnal əhəmiyyətindədir. Yəni dünənə qədər "MƏHRƏM FAKTLAR" kimi qələmə verilən qanun pozuntuları artıq elan olunur. Bu isə o deməkdir ki, qarşıda icra başçılarının BÖYÜK ƏLƏMƏ DALĞASINA və SƏRT CƏZALARA şahidlik edəcəyik... Geri qayıt |