Əsas Səhifə > Ölkə, Manşet > "Sənə, yar.., səndən, yar.., şikayətim var..."

"Sənə, yar.., səndən, yar.., şikayətim var..."


30-07-2018, 11:40
"Sənə, yar.., səndən, yar.., şikayətim var..."
DİA.AZ: - Ağsu rayonunda başçının qohumları bütün yaxşı vəzifələri tutaraq vəzifələrindən sui-istifadə edirlər. Bunu DİA.AZ-a rayondan şikayətçilər bildirir. “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Fətulla Seyidəliyev qardaşına arxalanaraq hər cür qanunsuz hərəkət törədir.
Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib. Varis Nəzərov bazarda mal satmağa gələn satıcılardan hər günün sonunda müəyyən qədər "haqq" alır və daha sonra onları yola salır.
Ağsu Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsi isə icra başçısının başqa bir yaxın qohumuna həvalə edilib.
Sakinlər bildirirlər ki, artıq özbaşınalıq və qanunsuzluq Ağsuda pik nöqtəyə gəlib çatıb.
Təhsili olmayan və ya ticarət-iaşə təhsili olan qəssabları rüşvət verərək orta məktəblərdə müəllim işləyirlər.
İcra başçısının “Topal Teymur” adlanan qardaşı bütün mağazalardan haqq yığır. Haqq verməyən şəxslərin obyektlərinin fəaliyyət göstərməsi mümkün deyil.
Ənvər Seyidəliyevin etdikləri bununla da yekunlaşmır. Xəbər portallarında apardığımız araşdırmalarımızdan çıxan nəticəyə görə, icra başçısı və müavinləri hədsiz dərəcədə qumar düşkünüdürlər.
Şikayətçilərin dia.az-a bildirdiyinə görə, başçıdan giley etmək anlamsızdır və buna səbəb Ənvər Seyidəliyevin rayondakı bütün vəzifələri öz qohum-qardaşına paylamasıdır:
"Ənvər Seyidəliyev öz qohum-əqrabasına heç bir şey deyə bilmədiyinə və bütün özbaşanalıqların başında özü durduğu üçün şikayətçiləri ya dinləmir, ya da dinləyib boş söz verməklə kifayətlənir. Artıq rayonda hamı bilir ki, Ənvər Seyidəliyevə hansısa məsələ ilə bağlı şikayət etmək və yaxud ondan hansısa problemin həllini istəmək boş və mənasız bir işdir".
Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Bizə başqa seçim şansı buraxılmayıb. Rayonda günü-gündən özbaşınalıq artır, bunun qarşısını kimsə almalıdır. Elə bil rayonda həmin vəzifələrə layiq başqa potensiallı adam yoxdur, Ənvər Seyidəliyev ancaq öz qohumlarına verib yaxşı vəzifələri. Başçı onlardan iş tələb etmir, onlar da arxayınlaşıb şikayətlərimizi vecə almırlar. Bilirlər ki, onsuz da heç kim bir söz deməyəcək. Amma belə olmaz axı".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt