Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > DTX-nın xüsusi qrupu Gəncədən daha bir terrorçunu məhv edir

DTX-nın xüsusi qrupu Gəncədən daha bir terrorçunu məhv edir


28-07-2018, 17:55
DTX-nın xüsusi qrupu Gəncədən daha bir terrorçunu məhv edir
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi əməliyyat qrupu iyulun 10-da Gəncə şəhərindəki iğtişaşlarda fəal iştirak etmiş daha bir terrorçunu məhv edib.

Bu barədə virtualaz.org-a öz mənbələrindən məlumat daxil olub.

Zərəsizləşdirilən radikal dini yönümlü qrupun fəal üzvlərindən olan Səmədov Fuad Tofiq oğludur.

DTX-nın xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı F.Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib. Saxlanılarkən o, silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv edilib.

Bildirilir ki, hadisə yerində F.Səmədovun üzərindən "Makarov" tipli tapança aşkar edilib.




Geri qayıt