Əsas Səhifə > Ölkə, Manşet > Yeni icra başçısı təyinatları gözlənilir

Yeni icra başçısı təyinatları gözlənilir


27-07-2018, 11:18
Yeni icra başçısı təyinatları gözlənilir
DİA.AZ: - Azərbaycanda yeni icra başçısı təyinatları gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki məlumatlı mənbə xəbər verib. Daxil olan informasiyaya görə, hazırda boş qalan Ağdam RİH rəhbəri postu ilə yanaşı Ağsu, Şamaxı, Şəmkir, Qazax, Lənkəran, Qusar, Şəki, Neftçala, Xaçmaz, Biləsuvar və Masallı rayonlarına da yeni təyinatlar olacaq.

Mənbənin dia.az-a söylədikləri: "Ola bilsin ki, həftəsonu proses başlasın. Amma gələn həftədən daha çox gözləniləndir. Yeni simalara daha çox şans veriləcək. Əyalət rayonlarından bir icra başçısı isə Bakıda təyinat alacaq. Bu dəyişiklik Xəzər rayonunda baş tuta bilər".

Mənbə onu da bildirdi ki, ümumilikdə 20-yə yaxın RİH rəhbəri görəvindən alınacaq.

Geri qayıt