Əsas Səhifə > Ölkə, Manşet > "Dərman mafiyası İŞİ" onu da hədəfə çevirir...

"Dərman mafiyası İŞİ" onu da hədəfə çevirir...


8-05-2018, 09:39
"Dərman mafiyası İŞİ" onu da hədəfə çevirir...
DİA.AZ: - Aprel ayının 30-dan etibrən ölkənin xüsusi xidmət orqanları dərman mafiyasının kökünün kəsilməsi məqsədilə ciddi tədbirlər həyata keçirir ki, nəticədə onlarla həbs olunan var və eyni zamanda neçə-neşə vəzifə sahibi təkcə işini itirməyib, ağır ittiham hədəfidir. DİA.AZ bildirir ki, hətta yeni həbslər və işdənçıxarmalar da gözləniləndir.

Bununla bağlı redaksiyamıza məlumatlı mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, bu işdə adı hallandırılanlardan biri də səhiyyə nazirinin müavini Elsevər Ağayevdir. Mənbənin dia.az-a söylədikləri:

"Elsevər Ağayev uzun illərdir ki, nazir müavini olaraq ölkədə əczaçılıq sisteminə nəzarət edir. Onun kurasiyasından kənar olan qeyd olunan fəaliyyət zaman-zaman administrativ rıçaqlar hesabına "zərərsizləşdirilib. Yəqin ki, səhiyyə nazirliyinin "bu ay neçə apteki bağladıq" kimi gülünc hesabatları yadınızdadır. Əslində, Elsevər Ağayev dərman bazarını öz xeyrinə formalaşdırırdı və bu proses boyunca onlarla sahibkar məhz administrativ gücün hesabına zərərsizləşdirildi. Beləcə boşalan bazarda Elsevər Ağayev və onun yaxınları meydan sulamağa başlad".

Mənbə bildirir ki, hazırda dərman bazarının əksər qisminə nəzarət edən Elsevər Ağayevin son baş verənlərdən hansısa formada zərər görməməsi imkansızdır. Mənbə dia.az-a bildirir: "Elsevər Ağayevin yaxşı dostları var. Hətta patlamentdə də. Onu qoruyacaqlar. Elə düşünür. Amma bu gün mənzərə tamam fərqlidir və hətta Əli İnsanovdan yadigar qalan yeganə nazir müavini olan Elsevər Ağayevi həbsə belə atdıracaq iradə mövcuddur".

Mənbə "dərman mafiyası işi" ilə əlaqədar səhiyyə nazirliyində ciddi çalxalanmaların olacağını istisna etmir: "Bunu yaxın günlərdə görəcəyik".

Geri qayıt