Əsas Səhifə > Ölkə, Manşet > Bu adam indi də Təhsil Nazirliyini təhdid edir...
Bu adam indi də Təhsil Nazirliyini təhdid edir...3-01-2018, 16:19 |
Nizami rayonunda yerləşən 220 saylı orta məktəbin Azərbaycanla Ermənistan arasında dostluğun vacibliyini dərs dediyi uşaqlar arasında təbliğ etdiyi deyilən ingilis dili müəllimi Rövşən Əzizov baş verənlər barədə sosial mediada açıqlama verib. GoldNews.Az xəbər verir ki, Əzizov işdən qovulmasının ardınca Facebook hesabından ardı-arası kəsilməyən paylaşımlar edib. "Əgər mən məktəbimə qayıtmasam, Azərbaycanın Təhsil Nazirliyində ciddi problemlər olacaq. Mən xalqı sülhə səsləyirəm. Mən azərbaycanlı müəllimlərin uşaqların qəlbində erməni xalqına qarşı nifrət yaratmalarına etiraz edirəm. Mən azərbaycanlı uşaqlar ilə video çəkmişəm və onlar söyləyiblər ki, azərbaycanlılar və ermənilər bir yerdə yaşaya bilərlər. Onlar mənim haqqımda kütləvi informasiya vasitələrində mənfi informasiyalar yaymağa başlayıblar. Məktəb heyəti mənə təzyiq göstərirdi və nəticədə onlar məni məktəbdən qovdular. Məni nə üçün qovduqlarına dair direktordan sübut istədim, lakin direktor mənə bir daha məktəbə qayıtmayacağımı dedi. Hətta müəllimlər zəng edib məni erməni adlandırırlar. Daha sonra isə onlar mənim haqqımda yalnış informasiyalar yaymağa başladılar. Mən atayam və övladımı dolandırmalıyam. Mən sadəcə xalqı sülhə səsləmişəm. Əgər onlar belə etməyə davam etsələr, mən bütün dünyaya bu haqda məlumat verəcəm. Mən irqçi və qalib gələnə qədər duran deyiləm." "Mən sülh və qardaşlıq uğrunda mübarizəni dəstəkləyən Azərbaycan və Ermənistandan gələn bütün dostlarımı salamlayıram. Bir gün sülh içində yaşayacağına inanmanı istəyirəm. Heç kim erməni və azərbaycanlı uşaqların qəlbində bir-birinə qarşı nifrətə səbəb olmayacaq. Söz verirəm". Geri qayıt |