Əsas Səhifə > Ölkə, Manşet > “Dəmirbank”dan sonra növbə hansı bankındır?

“Dəmirbank”dan sonra növbə hansı bankındır?


29-12-2017, 10:23
“Dəmirbank”dan sonra növbə hansı bankındır?
“Ötən il 2 il ərzində 13 bankın bağlanması bank sektorunun böhrandan çıxara bilmədi. Hazırda bankların hər 3-dən 1-i ziyanla işləyir”.

Bunu PrimeTime.Az-a açıqlamasında iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Ekspert bildirib ki, ötən il 13 bank, bu ilin ilk 9 ayında isə 12 bankın maliyyə nəticəsi zərərlə ifadə olunub:

“Son 1 il 9 ayda ən çox ziyan Accessbankda (127,5 milyon manat), “Bank of Baku”da (69,6 milyon manat), “Unibank”da (39,2 milyon manat), Bank Respublikada (37 milyon manat), AGbankda (24,2 milyon manat) və “Dəmirbank”da (20,3 milyon manat) qeydə alınıb. Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan “Dəmirbank”ın lisenziyası geri alınıb”.

İqtisadçının hesab edir ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdırlar:

“Cari ilin 3-cü rübünün nəticələrinə əsasən aktivlərin dəyəri “Amrahbank”da 10,3 %, “Muğan”bankda 12,5 %, “Unibank”da 16,9 %, Accessbankda 19,2%, Bank of Bakuda 21,1%, Bank Respublikada 22,1 %, Nikoil Bankda 23,5 %, Azər Türk Bankda 63,4 % azalıb. Hesabat dövründə bank kapitalının dəyərini AccessBank 6,8%, Azər Türk Bank 7,5%, Amrahbank 15,3%, Bank of Baku 19,9%, AFB Bank 21,4%, AGBank 21,9 %, “Unibank” 37,8% itirib. Məlumat üçün qeyd edim ki, Azərbaycan Beynəlxalq Bankı, Günay Bank və Naxçıvanbank dövr ərzində məlumat açıqlamayıb. Böyük ehtimalla hər 3 bankın cari vəziyyətini xarakterizə edən məlumatların gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır. Qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlmayan banklar da daxil olmaqla yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar”.

Geri qayıt