Əsas Səhifə > Ölkə, Manşet > Xaləddin İsgəndərov keçmiş MTN-nin adamını vəzifəyə gətirir
Xaləddin İsgəndərov keçmiş MTN-nin adamını vəzifəyə gətirir24-10-2017, 11:33 |
Yaxın günlərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsinin icra nümayəndəsi İbad İbrahimov tutduğu vəzifədən azad ediləcək. Bu barədə Gununsesi.info-ya adıçəkilən rayonun rəsmilərindən biri bildirib. Xəbərdə deyilir ki, İbad İbrahimovun “vurulmasına” səbəb onun sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxını olması, zamanında onun vasitəsilə bu posta təyin olunması olub. Artıq müvafiq əmrin icra başçısı Xaləddin İsgəndərov tərəfindən veriləcəyi deyilir. Ancaq saytımızı bilgiləndirən mənbə Xaləddin İsgəndərovun gözlənilən yeni təyinatının təəccüb doğurduğunu da əlavə edib. Belə ki, əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, icra başçısı İbad İbrahimovun yerinə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ifşa olunmuş agentura şəbəkəsinin üzvlərindən biri olan Biləcəri icra nümayəndəsində hazırda müavin işləyən Osman Qasımovu təyin edəcək. Onu da xatırladaq ki, Osman Qasımov jurnalist Pərviz Həşimlinin şərlənməsində də xüsusi rolu ilə seçilib. Belə ki, MTN-nin xüsusi təyinatlıları jurnalistin evinə silahlı hücum edərək, pəncərədən mənzilə daxil olub, silah yerləşdirən zaman Osman Qasımov saxta şahid kimi prosesə cəlb olunub. Baş verənləri inkar edən “şahid” istintaqa ifadəsində yalan ifadə verib. Geri qayıt |