Əsas Səhifə > Ölkə, Manşet > ASC sədrinin başı qalmaqalda
ASC sədrinin başı qalmaqalda29-09-2017, 10:38 |
Meliorasiya və Su Təsərürfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin ən yaxın kadrlarından biri olan ASC-nin nəzdindəki Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudov ciddi problemlə, daha doğrusu ailədaxili qalmaqalla üzləşib. Bu məsələ ilə bağlı AzToday.az-a daxil olan məlumata bir qədər aydınlıq gətirəcəyik. Hələlik isə oxuncu bizi ifrata varmaqda ittiham etməsin deyə, hüquqi ünvanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun Melirasiya və Su Təsərürfatı ASC-inin sədri Əhməd Əhmədzadənin ən yaxın kadrlarından biri olması ilə bağlı iddiaya aydınlıq gətirək. Mirzalı Behbudov Əhməd Əhmədzadə 1993-cü ildə Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri təyin olunduqdan sonra vəzifə verdiyi kadrlardan hesab olunur. Məhz Əhməd Əhmədzadə Mirzalı Behbudovu 1993-cü ilin aprelində Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəisi təyin edib. 2007-ci ilə kimi bu vəzifədə işləyən Mirzalı Behbudov həmin vaxt Ağdam rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyevlə ümumi dil tapa bilmədiyi üçün vəzifəsini itirir. Ancaq Əhməd Əhmədzadə Mirzalı Behbudovun işsiz qalmasına imkan vermir. Onun üçün Melirasiya və Su Təsərürfatı ASC-nin nəzdində Subartezian Quyularına Servis Xidməti İdarəsi yaradılır. Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə çevriləndə Səhmdar Cəmiyyətin Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş strukturunda Subartezian Quyularına Servis Xidməti İdarəsi adlı qurum nəzərdə tutulmamışdı. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş strukturunda nəzərdə tutulmayan idarə yaratmaq nə deməkdir, bunu idarəçilikdən az-çox anlayışı olanlar yaxşı bilir. Məhz bu məqam Əhmədzadə ilə Behbudov arasındakı münaisbətlərin nə qədər yaxın olduğunu göstərir. Digər tərəfdən Mirzalı Behbudov çox az sayda şəxsdən biridir ki, 24 ildən artıqdır ki, Əhmədzadə ilə bir yerdə işləyir. Əhmədzadənin ətrafında ən yaxşı halda beş nəfər belə şəxs ola bilər. Bu iki məqam Əhmədzadə Behbudov münasibətlərinin nə qədər yaxın olduğunu göstərsə də, başqa məqamlar da var. Uzun illərdir ki, Əhmədzadə ilə Behbudovun iş birliyi nəticəsində hər iki tərəf kifayət qədər imkanlar əldə edib. Onların sərvətlərinin sırasına Bakı və Ağdamdakı mülklər, iaşə, ticarət, emal, xidmət və istehsal sahələrini əhatə edən obyektlərinin dəyərinin yüz milyon manatdan artıq olması haqqında iddialar var. Lakin məsələ ondadır ki, Əhməd Əhmədzadə obyektlərinin bir qismini yaxın dostu və sirdaşı olan Mirzalı Behbudovun idarəçiliyinə verib. Buna səbəb təbii ki, ASC sədrinin kölgədə qalması olub. İndi isə vəziyyət elə gətirib ki, Əhməd Əhmədzadə çıxılmaz bir duruma düşüb. Hazırda səhhətində problemlər olan 71 yaşlı Mirzalı Behbudov özünün zəngin sərvətini kiçik övladına vəsiyyət etməsi ailədaxili narazılığa səbəb olub. Bununla bağlı Mirzalı Behbudovun böyük oğlu artıq atasına qarşı məhkəmə davası açıb. Ancaq aydın olan səbəbdən yerli məhkəmə Mirzalı Behbudovun mövqeyini müdafiə edib və oğlunun mülk davasını rədd edib. Bundan sonra oğul Behbudovun vəkili apellyasiya şikayəti verib. Maraqlısı isə odur ki, ortada Əhməd Əhmədzadənin obyektləri də var ki, o da məhkəmə iddiasında keçir. Qeyd edək ki, mülk davası ilə bağlı məsələni izləməyə çalışmaqla yanaşı yuxarıda qeyd etdiyimiz kimi Behbudoava məxsus olduğu villalar, iaşə, ticarət, emal, xidmət və istehsal sahələrini əhatə edən obyektləri ilə bağlı redaksiyamıza təqdim edilmiş siyahıda göstərilən ünvanların yerlərini dəqiqləşdirməyə çalışırıq. Geri qayıt |