Əsas Səhifə > Ölkə, Manşet > Lerikin də öz avtoşu, öz harınları var...
Lerikin də öz avtoşu, öz harınları var...11-08-2017, 10:00 |
Bu gün iqtidarın çörəyini yeyib ona xor baxanlar bilməlidirlər ki, etdiyi əməllərin cavabını nə vaxtsa verəcəklər. Vəzifədə oturub özünü xan hesab edənlərin bəziləri bunu bilsələrdə, digərləri nəinki bilmək, heç anlamaq belə istəmirlər. Özlərini cəmiyyətinin gözündə yüksək tutmaq üçün, məsum roluna girib, kasıb, məzlum təbəqənin nümayəndəsi kimi görünməyə can vəzifə sahibləri var ki, özləri bir yana qalsın hətta övladları bu ölkənin prezidenti kimi davranırlar. Kiçik bir araşdırma bəs edər ki, üzdə kasıb görünən vəzifə sahiblərinin, sahib olduqları villalar, gizli biznesləri, gəzdikləri lüks maşınlar və daha nələr əldə etdiklərini araşdırsaq grərik ki, bütün bunlar halal zəhmətlə ərsəyə gəlməyib. Bu sbəbdən də bu var - dvlətin fəsadları ölkəni silkələyir... Və nəhayət, bütün bunlardan sonra ciddi bir sual yaranır: Bu imkan onlarda haradandır? Maşşla dolanan başqa gəliri olmayan bu məmurlar mülklərə və var - dövlətə necə sahib olurlar? Redaksiyaya göndərilən məlumatların bir qismi elə harınlamış məmur və balalarının dəbdəbəli həyatından bəhs edir. Bizə düşəndə bu məmurların cəmiyyətdən uzaq tutmağa çalışdıqlarını ictimailəşdirib ölkə başçısını məlumatlandırmaqdı. Prezidentimiz bütün çıxışlarında orbitindən çıxan məmur v balalarının etdikləri qüsurları görmək üçün jurnalistlərdən eləcədə ölkə vətəndaşlarından kömək istəyib. Çünki, son günlərə qədər ölkədə baş verən məmur özbaşınalığı bunlara əyani sübutdur. Belə məmurlardan biri də Lerik icra başçısının müavini C.Baxşaliyevdir. Sözü gedən rayonda hərci- mərclik yaranıbsa demək orada cənab Bəxşəliyevin rolu danılmazd.. Sübut kimi deyə bilərik ki, icra başçısının məzuniyyətdə olduğu dövürdə Baxşəliyev xan həzrətləri rayond öz sultanlığın quraraq məmurlardan haqq tələb edərək onları cəzalandırmaqla məşğul olmuşdur. Bu barədə bizə gndərilən məlumatda belə deyilir. Mənbənin iddiasına görə, rayonda yaranan narazılıq bununla bitmir. Gələn xəbərlərdə deyilir ki, ilin bütün fəsillərində özündən razı müavinin dəbdəbəli həyata və bahalı avtomobillərə də sahibdir. Və, o belə yaşamdan həzz alır. Başçı müavinin belə həyatı övladınada təsir edib. Bu səbəbdən müavin oğlu rayona gəldikdə, atasinin adindan isdifadə edib, özbaşınalıqlarla məşğuldur. Rqyonda zorakılığı və hikkəsi ilə seçilən Cavid Baxşiyev, həmdə nakomandı. Rahat həyat yaşamağa öyrənən məmur oğlu “zerkalni” nömrələrlə bahalı avtomobillər sürürür. Və aftoşluq edərək qanun tanımır. Atası isə onu cəzalandırmaq əvəzinə pul verərək istədiyini et deyə "marifləndirir... Rayonun ikinci sahibi adlanan Cəlil Baxşiyevin sahib olduğu malikanələr, evlər, obyektlərlə bağlı redeksiyanın elektron ünvanına fotofaktlar göndəriblər. Həmin fotoları təqdim edirik Verilən ən son məlumatda deyilir ki, Cəlil Baxşiyevin varidatı bununla bitmir. O, yüz hektarlarla torpaq sahəsinin, restoranların, minlərlə qoyun və yüzlərlə mal-qaranın, paytaxtda bahalı evlərin və lüks avtomobillərin sahibidir. Növbəti yazılarda bunlarla da bağlı geniş məlumat verməyə çalışacağıq... Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. Azerinews.org Geri qayıt |