Əsas Səhifə > Ölkə, Manşet > Şikayətçiləri qapıdan qovur...

Şikayətçiləri qapıdan qovur...


14-07-2017, 11:23
Şikayətçiləri qapıdan qovur...
DİA.AZ: - "... 5 ildir ki, hərbi xidmətdən qayıtmışam, ailə qurmuşam, iki övladım var. İki ildir ki, evə qazanc gətirə bilmirəm. Övladıma bir corab ala bilməyəcək qədər imkansızam. İş üçün döymədiyim qapı, pəncərə qalmayıb. Məşğulluq mərkəzlərinə müraciət edəndə deyirlər, "filankəsin bağında iki aylıq qarovulçu işi var", ya məsələn, deyirlər, "filankəsin bağında sentyabra qədər bağban işi var". İş orasındadır ki, o işlərdən də imtina etmirik, gedib qul kimi işləyirik, ancaq qul əməyinə də qiymət verilmir, iş bitən kimi bizi qapıdan qovurlar. Polisə şikayət edəndə isə deyirlər ki, "ağlınız olaydı, müqaviləsiz işləməyəydiz". Biz işlədiyimizi sübut edə bilmirik".

DİA.AZ bildirir ki, bütün bunları Gəncədən Rəvan Səlimov adlı şikayətçi yazır. O daha sonra müraiətində davam edir. Rəvan Səlimov yazır ki, xəstə valideynlərinə və övladlarına görə apteklərə, ərzağa görə mağazalara ailənin borcu min beş yüz manatı ötüb. Səbəb də odur ki, birinci qrup əlil və şəkər xəstəsi olan atasının, ikinci qrup əlil anasının təqaüdlərinin bir hissəsi son vaxtlar karta köçən kimi bank kreditlərinə çıxılır. Qalan hissəsi isə heç çörəyə də yetmir.

dia-az.life bildirir ki, bir başqa müraciətdə isə narazı vətəndaş Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdən narazılıq edir.

Adının çəkilməsini istəməyən narazı vətəndaş yazır: "Vallah qorxuruq. Yoxsa adımızı da yazdırardıq. Elmar Vəliyevin qoçuları adamı elə hala salar ki, Dəfələrlə qapısında olmuşam. Bir dəfə də olsun qəbula düşə bilməmişəm. Hətta bir dəfə göstəriç verdi, məni qapıdan qovdular. Heç nə istəmirəm ondan. Nə pul, nə para... İstədiyim normal işdir. Evdə arvad-uşağın da üzünə baxa bilmirik".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt