Əsas Səhifə > Ölkə, Manşet > Səhiyyə Naziri ciddi kadr islahatına getməlidir...
Səhiyyə Naziri ciddi kadr islahatına getməlidir...12-07-2017, 10:48 |
Bu gün ölkəmizin səhiyyə sahəsində yaşanan durum, mövcud ab-havanın varlığı və bu sahədə çalışanların daha çox “Hippokrat andı”na nə qədər sadiq olmaları və s. hər kəsi düşündürən məsələlərdir. KİV nümayəndələri olaraq Azərbaycan səhiyyəsində yaşanan durumla bağlı son vaxtlar apardığımız araşdırmalar, əldə etdiyimiz ümumi nəticələr və s. bizi belə bir qənaətə gəlməyə vadar edib ki, bugünkü gündə belə yeni islahat proqramlarının həyata keçirilməsınə olduqca ehtiyac var. Çünki, açıq şəkildə etiraf edə bilərik ki, bəzi səhiyyə ocaqlarında səriştəsiz, savadsız, bacarıqsız, xəstələrlə adicə mehriban danışmağı bacarmayan elə həkimlər çalışırlar ki, onların atdıqları addımları eşitdikcə, sanki dəhşətə gəlirik. Bundan əlavə, bəzi dövlət səhiyyə ocaqlarında rüşvətxorluq amilləri tüğyan edir, xəstələrin müalicə və müayinəsi zamanı onların başına minbir oyunlar açılır, getgələ salınırlar, hətta elə hallar da olur ki, xəstələrə qoyulan diaqnozlar belə düzgün qoyulmur. Bu da əksər hallarda acı sonluqla nəticələnir. Düzdür, onu da vurğulamaq yerinə düşər ki, ötən illər ərzində hökümət səviyyəsində müəyyən addımlar atıldı, qəti qərarlar qəbul olundu, amma bugünkü gündə əksər səhiyyə ocaqlarında anarxiya, soyğunçuluq, rüsvayçılıq, biabırçılıq, xəstələrə ögey yanaşma və s. tüğyan edir ki, bu da heç cür qəbuledilməzdir. Xoşagəlməz ab-havanın tüğyan etdiyi səhiyyə müəssisələrindən birinin də, Bərdə Mərkəzi rayon Xəstəxanasının olduğu bildirilir. Əslinə baxsan bu səhiyyə müəssisəsinə qarşı belə bir yanaşmamızın varlığını ona görə bu cür ifadə edirik ki, hələ bir neçə il bundan əvvəl İftixar həkim adı çəkilən səhiyyə müəssisəsinin baş həkimliyindən azad oludu və onun yerinə müalicə müəssisəsinə rəhbərlik etməsi səhiyyə haqqında qəbul edilmiş Qanunla qadağan olunan Rəna xanım təyin olunsa da, bu gün də adı çəkilən ünvanda baş alıb gedən anarxiyanın həddi-hüdudu bilinmir. Rayondakı mənbəmiz “Gündəm Xəbər”ə bildirir ki, Bərdə MRX-a baş həkim təyin olunan Rəna xanım ixtisasca sanitar-gigiyena üzrə mütəxəssisdir və bu cür ixtisas sahibi olan bir kimsə də, heç bir halda baş həkim vəzifəsini daşıya bilməz. İndi isə olub-keçənlərə bir daha nəzər salaq. Hal-hazırda Bərdə səhiyyəsində yaşananların kökündə, vaxtilə adı çəkilən rayonun səhiyyəsinə rəhbərlik etmiş İftixar həkimin atdığı qanunsuz addımlar durur desək, yəqin ki, yanılmarıq. Çünki, sakinlərin iddialarına görə sabiq baş həkimin tətbiq etdiyi ab-havanı, bu gün yeni rəhbərlik ya bacarıqsızlıq səbəbindən, ya da ki, digər səbəblər üzündən heç cür qaydaya sala bilmir. Məsələn, Bərdə səhiyyəsində yaşananlar haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə onu da bildirir ki, “İftixar həkim baş həkim vəzifəsindən uzaqlaşdırılsa da, o, MRX-nın ərazisində “Ömürdən pay” klinika açdı ki, bu da qanunla qadağandır”. Onun açdığı klinika adına uyğun olaraq bu gün kimlərinsə ömrünə “pay vermir”, əslində kimlərinsə ömürünə “qənim kəsilir”. Ən dəhşətli hal da odur ki, İftixar həkim daşıdığı vəzifəsindən uzaqlaşdırılacağını öncədən bildiyindən, zamanında ölçüb-bildiyi addımlarını atır. Belə ki, o, mərkəzi xəstaxanaya aid bir çox lazımi avadanlıqları, ən əsası müəyyən gücə malik generatoru əvvəlcədən ələ keçirir və az sonra da özününküləşdirir. Bu da olduqca qanunsuzluq əməli hesab olunur. Onu da vurğulayaq ki, ələ keçirilmiş avadanlıqlardan və generatordan bu gün “ÖMÜRDƏN PAY” klinikasında istifadə olunur. Rəna xanım isə, hələ də olub-keçənləri seyr etməklə kifayətlənir və susur. Məlumatlı mənbə onu da bildirir ki, “baş həkimin bəzi məsələlərdə susmasına nələrsə də təsir edir. Məsələn, onun susmasına səbəb olanlardan biri də, Elnur həkimin həm MRX-da, həm də “Ömürdən pay” klinikasında çalışmasıdır”. “Gündəm Xəbər”ə verilən digər məlumatlara görə, Elnur həkim “ÖMÜRDƏN PAY” klinikasına rəhbərlik etməklə bərabər, həm də mərkəzi xəstəxanada həkim “işləyir”. Eyni zamanda o, hər iki iş yerindən aylıq maaş da alır. Xəstəxanada çalışan və hələlik adının çəkilməsini istəməyən şəxs isə bildirir ki, “o, heç bir halda MRX-da işə getmir”. Bu cür halların halların varlığı, ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Diqqəti bir məqama da yönəldək ki, ölkə rəhbəri cənab İlham Əliyev Bərdə rayonuna səfər edərkən, “bəzi başbilənlər” “Ömürdən pay” klinikasının ətraf ərazisini müəyyən vasitələrlə örtürlər ki, klinika görünməz olsun. Buna da səbəb, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən klinikanın qeyri-qanuni olaraq MRX-nın balansına aid olan ərazidə tikilməsi olur. Bərdə rayon Mərkəzi Xəstəxanasına baş həkimlik etməsi qanunla qadağan olunan, amma müəyyən himayədarlarının dəstəyi səbəbindən baş həkim vəzifəsini daşıyan Rəna xanımın qol qoyduğu qanunsuzluqlardan biri də, onun özünə yaxınlığı ilə seçilən həkilmlərə yaratdığı qeyri-qanuni şəraitin varlığıdır. Çünki ixtisasca cərrah, rentgenoloq və uzi həkimi olan bir neçə həkim, bu gün Bərdə səhiyyəsində “kor atı minib köndələn çapırlar”. Hələ bunlar harasıdır. “Gündəm Xəbər”in əldə etdiyi ilginc məlumatlara görə, Rəna xanımın rəhbərlik etdiyi Bərdə MRX-da çalışan həkimlərdən bir neçəsi, Ağdam MRX-da da çalışırlar və heç bir halda da onlar iş üzü tanımırlar. Baş həkimin həkimlərdən əmlaklarının və sağlamlıqlarının sığortası adı altında hər ay topladığı pullar da, bu gün onun imkanlı şəxs olmasına təsir edən əsas səbəblərdəndir. Ümumi şəkildə götürdükdə onu da vurğulaya bilərik ki, bu gün Bərdənin səhiyyə müəssisələri haqda saatlarla yox, hətta günlərlə danışmaq da olar. Çünki, Rəna xanımın rəhbərlik etdiyi səhiyyə müəssisəsində bu gün elə hoqqalar baş verir ki, eşidib bilən hər kəs ya lal, ya da kor olur. Amma, onu da unutmaq olmaz ki, Rəna xanım bu cür addımlarını atmaqla heç də uzağa gedə bilməyəcək. Çünki, zamanı çatanda qanunlarımızın revanş verən təsiri, onu daşıdığı vəzifəsinə “əlvida” deməyə də məcbur edəcək. Odur ki, bir az gözləyək. Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Geri qayıt |