Əsas Səhifə > Ölkə, Manşet > Deputat rəis qardaşının həbs xəbərinə reaksiya verdi:

Deputat rəis qardaşının həbs xəbərinə reaksiya verdi:


1-07-2017, 11:27
Deputat rəis qardaşının həbs xəbərinə reaksiya verdi:
Yerli mətbuatda Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanıldığı haqda məlumatlar yayılıb. Onun iş yerində, maşınında və evində axtarış aparıldığı bildirilir.

Məlumata görə əməliyyatı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gerçəkləşdirib. İddia olunur ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları haqda məlumatlar var.

M.Həsənov YAP-ın Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızının (Həsənova) qardaşı olduğu iddia edilib.

Məsələ ilə bağlı Məlahət İbrahimqızı Modern.az-a açıqlama verib. O deyib ki, yayılan informasiya tamamilə yalandır.

“Çox təəssüf edirəm ki, bu cür həqiqəti əks etdirməyən məlumatlar tirajlanır, kiməsə böhtan atılır. Mən umumiyyətlə, bu cür xəbərlərə münasibət bildirmək istəmirəm. Bu, yalan, böhtan və sifarişdir. DTX ilə əlaqə saxlayıb öyrənsinlər görsünlər belə bir şey olubmu?! Əlbəttə ki, bu məlumat doğru deyil”.

Geri qayıt