Əsas Səhifə > Ölkə, Manşet > Bu ünvanda əlillərin başına necə oyun açılır...

Bu ünvanda əlillərin başına necə oyun açılır...


14-06-2017, 10:44
Bu ünvanda əlillərin başına necə oyun açılır...
Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov III qrup əlilə “marağı” təmin olunduqdan sonra dövlətin verdiyi təqaüdü almağa icazə verir.
Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun III qrup əlil olan rayon sakinindən onun probleminin həll edilməsi müqabilndə bəzi istəklərinn olduğu haqqında Conflict.az-a məlumat daxil oldu. Məlumatı verən mənbənin bildirdiyinə görə 4 aydır ki, təqaüdünü ala bilməyən həmin şəxs məsələnin araşdırılması üçün İmişli DSMF-yə müraciət edib. DSMF-nin ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov III qrup əlilə onun “probleminin” həllinin olduqca çətin olduğunu deyib. Əlavə olaraq qeyd edib ki, onun marağının təmin edilmədiyi təqdirdə, təqüdçü ona çatan vəsaitin yalnız 15 günlük miqdarını alacaq. Yəni Bakir Məmmədov “yardım” etməsə III qrup əlilin dövlətdən aldığı təqüdün üç ay on beş günü el dili ilə ifadə etsək batacaq.

Məlumatda o da bildirilir ki, Bakir Məmmədov süni “problem” yaradaraq əlillərdən istədiyini almaq məqsədilə müxtəlif formalı “əməliyyatlar” düşünür. İnspektor problemin həlli məqsədlə Saatlı rayon 34 saylı Tibbi Sosial Ekspertiza Komissiyasına getməli olduğunu, onların da “maraqlarının” təminindən sonra əlillə bağlı hazırlanmış arayışın dəyişdirilməsinə nail olur, guya vətəndaş haqq etdiyini məhz bundan sonra ala bilir. Yəni dövlətin verdiyini əlilin alması üçün İmişli DSMF-nin inspektoru Bakir Məmmədovun “müdaxiləsi” mütləqdir. Əks halda...
Redaksiyaya məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun III qrup əlilin problemini həll etməsi üçün vətəndaşdan konkret məbləğdə pul istəməsi ilə bağlı səs yazısı var. Mənbə həmin səs yazısını da redaksiaya təqdim edəcəyini bildirdi.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə İntiqam Əliyev rəhbərlik edir. Bir müddət öncə nazirliyin şöbədə apardığı uzun müddətli yoxlaması zamanı ciddi pozuntular aşkarlanmışdı. Məsələnin ən qəribə tərəfi isə həmin pozuntulara rəğmən İnitqam Əliyev postunu qorumağı bacardı.

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.

Geri qayıt