Əsas Səhifə > Ölkə, Manşet > “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya”-sı vətəndaşları aldadır

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya”-sı vətəndaşları aldadır


10-06-2017, 11:00
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya”-sı vətəndaşları aldadır
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya”-sı tərəfindən aldadılaraq hüquqları pozulmuş bir qrup vətəndaş çarəsiz qalıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, AzərbaycanınBirinci xanımı Mehriban Əliyevaya aşıq məktubla müraciət edərək onlardan kömək istəyib.

Bu barədə obyektiv.org-a zərər çəkənlərin hüquqlarını müdafiyə edən İlham Təhməzov məlumat verərək bildirdi ki, müdafiə etdiyi vətəndaşların özləri bilmədən, “Akkord” tərəfindən aldadılaraq hüquqları pozulmuşdur. Vətəndaşların müracətlərini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevə

Sürəti: Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya

ƏRİZƏ

Hörmətli cənab Ptrezidenti!

Biz bilmirik ki artıq hansı tədbiri reallaşdıraq ki, Dövlətimizin aidiyyəti orqanları intihar həddində gəlib çatmış bizə və bizim ailəmizə diqqət etsinlər. Bizim hər dəqiqəmizi və hər saniyəmizi sanki cəhənnəm əzabıni yaşayırıq. Bizi bu cür acınacaqlı bir duruma gətirib çatdıran isə məğzi, mənası, məqsədi, iş prinsipi məlum olmayan «Akkord Sənaye Tikinti învestisiya Korporasiya»sı adında insanlara sevinc gətirmək əvəzinə, əksinə yalnız bəla və dərd gətirən bir təşkilatdır. Bu təşkilat guya ki, insanlara ev tikib satır, əslində isə «Akkord»dun о vaxt ki, rəhbərliyi tutduğu vəzifədən adından sui-istifadə edərək vətəndaşların evlərini yıxaraq, onların hayatlarını elə məhv edirlər ki, həmin insan məhv olana qədər bu təşkilatın ona yaratdığı problemi çözüb bir tərəfə çıxara bilmir. Bizdə həmin vatandaşlardan «Akkordan» təmirsiz 4 divar ev aldıraraq bir çətinliklə mənzili tam şəkildə təmir etdik və orada yaşaya-yaşaya artıq pulumuzun yansında ödəmişik.

Lakin sonradan bizim işləməməyimiz ilə və ailəmizdə maddi imkansızlıqla əlaqədar yaranmış böhran vəziyyətimizi ağırlaşdiraraq, onların tələb etdiyi aylıq 800 manatı ödəyə bilmədik.

«Akkord» müəyyən saxtakarlıqla bizi aldadaraq və bizim adımızdan, “Texnika Bank”, və Beynəlxalq Bankın Nərimanov filialından bizim adımıza kredit məbləğini rəsmiləşdirərək nağd pul götürüb, mənzilimizin tam dəyərini mənimsəmişdir. Biz həmin kredit pullarının bir manatını da görmədik. Bizdən isə artıq faizlərlə banklara kredit ödəməyi məcbur etdikləri üçün kreditin çox hissəsini ödəmişik.

Sonradan bizə məlum oldu ki, «Akkord» Şirkəti bizim adımızdan müəyyən saxtakarlıq edərək, “Texnika Bank”dan Beynəlxalq Bankın Nərimanov filialından nağd pulu götürüblər. Bundan əlavə bizim hər birimiz bizdən tələb olunan mənzillərin haqqınımın yarasından çoxunu artıqlaması ilə faizləri ilə birlikdə ödəmişik.

Amma təəssüflər olsun ki, bunların heç bir nəzərə alınmayaraq, «Akkord» Şirkəti bizim adımız olan mənzilin əsil maya dəyərinin göstərməyərək bizimlə faşist münasibəti ilə rəftar edirlər.

Buna görə də, biz «Akkord» Şirkətin baş ofisində olarkən aşağı vəzifəli şəxslər deyir ki, yalnız rəhbərliklə razılaşmalısan. Biz dəfələrlə rəhbərliklə görüşüb qarşılıqlı razılaşmaq istəsək də, bu günə kimi bu mümkün olmamışdır. Amma təəssüflər olsun ki, bizim bu qədər xahiş, minnət etməyimizə baxmayaraq bizə kömək etmək əvəzinə, əksinə bizi, bizdən xəbərsiz məhkəməyə verib, evimizi əlimizdən almağa çalışırlar. Hətta bunun üçündə, Sabunçu rayon məhkəməsində, hakim Samir Əliyev tərəfindən bizim iştirakimiz və xəbərimiz olmadan evimizin əlimizdən alınmasına dair qərar qəbul olundu.

Biz həmin qərardan Apellyasiya şikayəti verdik. Şikayətimizə hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyev baxır. Biz inanırıq ki, Bakı Apellyasiya Məhkəməsinin də şikayətimizə ədalətlə baxılaraq pozulmuş hüquqlarımız bərpa olunacaq.

Mən «Akkord» Şirkətinin Araz adlı nümayəndəsinə xahiş edərək dedim ki, mən müharibə iştirakçısıyam, Dövlət bizi həmişə nəzərə alaraq bizə müəyyən güzəştlər edir, xahiş edirəm sizdə mənim müharibə iştirakçısı olmağımı və ailəmizin acınacaqlı vəziyyətini nəzərə alaraq bizə güzəşt edəsiniz. «Akkordun» nümayəndəsi Araz isə xahişimə cavab olaraq açıq bəyan edərək bildirdi ki, Dövlət üçün vuruşmuşsan, get Dövlətdən də evini tələb et, «Akkordun» Dövlətə heç bir aidiyyəti yoxdur. Mən və mənim yanımda olan məsləkdaşlarım bu cürə təhqiramiz sözdən quruyub yerimizdə qaldıq, artıq bu cür saymamazlığın qarşında nə deyəcəyimizi bilmədik.

Beləliklə, ailələrimiz artıq son nəfəs durumundayıq. Hətta biz bu haqsızlığa dözə bilməyərək bir neçə dəfə özümüzü ayrı-ayrılıqda öldürməyə cəhd etmişik. Lakin ailələrimiz buna imkan verməyiblər. Artıq ailələrimiz bu cürə qara günləri yaşayaraq məhv olaraq dağılmaq üzrədir. Bütün günü göz yaşı içərisində boğuluruq. Belə də həyat olar, bu qədərdə adaletsizlik olar, belə də yaşamaq olar!? Dərdimizi kimə deyək bilmirik. Odur ki, bir Dövlət başçısı olaraq, Sizə üzümüzü tuturuq, Sizdən xahiş edirəm ki, bizə rəhm edərək ailəmizə köməklik göstərərək, biz bu çarəsiz vəziyyətdən qurtarasınız.

Bütün bu haqsızlıqları nəzərə alaraq, üzümüzü son ümüd yerimiz kimi tutaraq, yazıb Sizdən xahiş edirik ki, bizə qarşı edilən süründürməçiliyə və haqsızlığa son qoyularaq bizə köməklik edəsiniz.

Ümid edirik ki, Siz, bizə öz köməkliyinizi əsirgəməyəcəksiniz.

Əvvəlcədən Sizə ailəmiz adından öz minnətdarlığımızı bildiririk.

İmzalar:

1. Səfərov Azər Saleh oğlu (070) 257 00 77.

2. Rəcəbova Kübra Mahmud qızı 050.327-97-98

3. Kazımova Səyad İsa qızı 055.368-51-16

4. İslamova Zenfira Əliağa qızı 055.799-57-52

Geri qayıt