Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Qazax sakini işıq idarəsindən giley edir...

Qazax sakini işıq idarəsindən giley edir...


12-05-2017, 15:39
Qazax sakini işıq idarəsindən giley edir...
DİA.AZ: - Redaksiyamıza Qazaxda yaşanılan problemlə bağlı məqalə göndərilib. Həmin məqaləni DİA.AZ oxucularına təqdim edirik:
"Son vaxtlar Qazax şəhərində işıqlar çox tez tez sönür. Səbəbini bilmirik amma bu hal vətəndaşlara bir sıra problemlər yaradır. Saatlarla qaranlıqda qalmaq öz yerində. Buna bir təhər dözmək olur. Amma evdəki elektrik cihazlarının sıradan çıxması əhalinin ən başlıca problemidir. Belə hallar Qazax şəhərində çox tez tez baş verir. Qeyri sabit cərəyanın sayəsində minlərlə vətəndaşın elektrik cihazları sıradan çıxmışdır.

Belə şəxslərdən biridə bizə şikayətlə müraciət edən Qazax şəhər sakini Dadaşova Zöhrə bildirir ki, işıq gecə saatlarıdna sönüb yanandan sonra 1 əd soyuducu, 1 əd televizor və 1 ədəd krosnanın pristavkası sıradan çıxmışdır. Zərərçəkən vətəndaş Z. Dadaşova Qazax şəhər İşıq idarəsinə rəsmi məktubla müraciət etsədə ona bildiriblər ki işıq idarəsi buna görə cavabdeh deyil. İşıq idarəsinin müdiri Elşad Məmmədov şikayəti rədd edib.

Lakin bizim qənaətimizlə və məntiqə əsaslansaq görərik ki, işıq idaarəsinin borcu əhalini keyfiyyətli “sabit cərəyanla” təmin etməlidir. Məhz keyfiyyətli “sabit cərəyanla”. Çünki ev avadanlıqlarının əksəriyyəti 220 kilovat sabit cərəyanla işləmək üçün nəzərdə tutulub. Cərəyanın 220 kilovatdan yuxarı verilməsi mütləq şəkildə xəta törətməlidir. Əgər işıq idarəsi əhalini keyfiyyətli, yəni “sabit cərəyan” la təmin edə bilmirsə burada günahgar axtarmağın mənası yoxdur. Azərişıq elektrik istehsal edib əhaliyə pulla satan bir təşkilatdır. Buna görədə məhsulunun keyfiyyətinədə cavabdeh olmalıdır. İşıq idarəsinin məsuliyyətdən boyun qaçırması istehlakcı hüquqlarının pozulması və işıq idarəsinin məsuliyyətsizliyi kimi başa düşülməlidir. Əgər Elşad Məmmədov Qazax şəhərini “sabit cərəyan”la təmin edə bilmirsə zəhmət çəkib vəzifəsindən istefa versin".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt