Əsas Səhifə > Ölkə, Manşet > Süleyman Mikayılov Qaradağdan getmək istəmir...

Süleyman Mikayılov Qaradağdan getmək istəmir...


24-04-2017, 10:08
Süleyman Mikayılov Qaradağdan getmək istəmir...
DİA.AZ: - Hazırda Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutan Süleyman Mikayılov görəv başında son günlərini yaşayır. Amma deyəsən Qaradağ rayonu kimi "yağlı tikəni" əlindən çıxarmaq istəməyən Mikayılov güvəndiyi dairələrdən mədət umur. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyada qeyd olunur.

Bu barədə danışan mənbə dia.az-a açıqlamasında iddia edir ki, Süleyman Mikayılov əslində Qaradağ rayonundan heç bir yerə getmək istəmir. Mənbənin söylədikləri:

"Süleyman Mikayılov yaxşı bilir ki, təkcə elə Qaradağ ərazisindəki daş karxanalarından əldə etdiyi gəliri hətta bəzi nazirlər yuxularında belə görə bilməzlər. Buna görə də bir neçə dəfə Qaradağdan yola salınması məsələsi gündəmə gələndə israr edib. Bu dəfə də israr etməkdədir. Amma rayon mütləq əl dəyişdirəcək və Süleyman Mikayılov bir zamanlar prezident İlham Əliyevin deputatı olduğu Qaradağdan uzaqlaşdırılacaq. Bununla da qaradağlıların canı rəsmən qurtulmuş olacaq.

Şünki Süleyman Mikayılov bu gün Qaradağda sahibkarları o hala gətirib ki, hətta "yuxarılara" etdikləri şikayətləri də yetərsiz olur. Bunu elə mətbuatda yer alan narazı məktublarından da müşahidə etmək olar. Əksinə, son anda şikayət edən tərəf daha da çətin duruma salınır".

Mənbə dia.az-a bildirir ki, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun himayəsi altında olan Süleyman Mikayılov elə ondan da mədət umur.

Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt