Əsas Səhifə > Ölkə, Manşet > Turkiyəli iş adamından Anar Məmmədova XƏBƏRDARLIQ...

Turkiyəli iş adamından Anar Məmmədova XƏBƏRDARLIQ...


22-04-2017, 11:29
Turkiyəli iş adamından Anar Məmmədova XƏBƏRDARLIQ...
“GARANT HOLDİNG” MMC-yə

"FLAME" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNƏ

Ali Yeter
Kalkaner Havuz Mühendislik Ticarət Şirkəti
( Kalkaner Havuz Mühendislik İnşaat Taah. Tic. Ali Yeter, ünvan: Türkiyə, Antaliya, Muratpaşa, Etiler meh., 838, sokak No: 6, daire 15, kat 5) tərəfindən

XƏBƏRDARLIQ

Sizə xəbərdarlıq edir və diqqətinizə çatdırırıq ki, sizin sifarişinizlə tərəfimizdən görülmüş işlərlə bağlı (Quba rayonunda turizm mərkəzi - Quba Rixos Hotel Azerbaycan otel və turizm mərkəzi layihəsi üzrə) Kalkaner Havuz Mühəndislik Şirkətinə 360 966 EUR (üç yüz altmış min doqquz yüz altmış altı) avro məbləğində borcunuz ( kreditor borcunuz) mövcuddur və siz bu borcunuzu ödəməkdən uzun müddətdir ki, yayınırsınız. Borcunuzu 2015-ci ildən etiraf edərək qısa zamanda ödəyəcəğinizə dair öhdəlik götürməyinizə baxmayaraq borcunuzu ödəmirsiniz. Sizinlə dəfələrlə keçirdiyimiz görüş və müzakirələrdə hər dəfə borcunuzu qəbul edir və qısa vaxt ərazində ödəyəcəyinizi bildirisiniz, sözlər və vədlər verməyinizə baxmayaraq borcunuzun ödənilməsini təmin etmək üçün heç bir əməli iş görmürsünüz. Eyvazov Ceyhun Əhməd oğlu və “Flame” MMC Garant Holding nəzdində fəaliyyət göstərir. “Garant Holding” MMC-nin rəhbəri Anar bəy, icraci direktor Xəyal bəy ilə dəfələrlə görüşlərimiz olmuş və onlar hər dəfə ödənişin qısa zamanda həyata keçiriləcəyini bildirmişlər. Lakin indiyə kimi borc ödənilməmişdir.
Buna görə də borcunuzu dərhal və təxirəsalmadan ödəməyiniz Sizdən tələb olunur.

Ali Yeter Kalkaner Havuz Mühendislik Ticarət Şirkəti
Kalkaner Havuz Mühendislik İnşaat Taah. Tic. Ali Yeter, ünvan: Türkiyə, Antaliya, Muratpaşa, Etiler meh., 838, sokak No: 6, daire 15, kat 5)
\\moderator.az\\
Geri qayıt