Əsas Səhifə > Ölkə, Manşet > Rusiyadan Azərbaycana qarşı daha bir təxribat

Rusiyadan Azərbaycana qarşı daha bir təxribat


4-04-2017, 10:44
Rusiyadan Azərbaycana qarşı daha bir təxribat
Pravdainfo.org xəbər verir ki, Artıq dördüncü aydır DTX təcridxanasında saxlanılan "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin sahibi olduğu qəzet bağlanıb, saytın yayımı dayandırılıb... Lakin Pravdainfo.org-a məlum olub ki, bu yaxınlarda Rusiyanın Sankt-Peterburq şəhərində Rusiyanın 6 ictimai hərəkatının, həmçinin "Qolos Narodov" İctimai Hərakatın, Regional İctimai Hərakatın, Rusiyanın Çeçen Diasporu Nümayəndəliyinin və s. təşkilatların rəhbərlərinin iştirakı ilə genişləndirilmiş mitinq keçirilib... Mitinqin xanım aparıcısı Habil Vəliyevin həbsini Azərbaycanda söz azadlığının kobud surətdə pozulması, jurnalistlərin hüquqlarının ciddi şəkildə pozulması kimi təqdim edir və Azərbaycan Prezidentindən Habil Vəliyevin dərhal azad edilməsini tələb edirlər... Habil Vəliyevi Azərbaycanın söz və mətbuat azadlığının xilaskarı kimi təqdim edən aparıcı xanım bildirir ki, guya Habil Vəliyevin həbsi Laçın rayonunun sabiq İH başçısı R.Cəbrayılovun şikayəti əsasında baş tutub. Digər çıxışçılar da Habil Vəliyevin həbsini qəti pisləyir, Azərbaycan hakimiyyətini sərt tənqid edir, siyasi tələblərlə çıxış edirlər, həmçinin Zəngilan-Qubadlı dairəsindən millət vəkili seçilmiş İmamverdi İsmayılovu sərt tənqid edirlər... Mitinqdə çıxış edən digər liderlər ardıcıl olaraq Azərbaycan əlehinə sərt siyasi çıxışlar edir, təkrarən Habil Vəliyevin dərhal həbsdən azad olunmasını tələb edirlər.
Xatırladırıq ki, "Qolos Narodov" İctimai Hərakatın rəhbəri, əslən Qubadlı və ya Zəngilandan olduğu bildirilən Ədalat Qəmbərovun təşkilatçılığı ilə baş tutan mitinqdə o, Habil Vəliyevin azadlığını tələb edən fərdi video-müraciət də edərək Azərbaycan Prezidentindən H.Vəliyevin dərhal buraxılmasını tələb edir, Rusiya Prezidenti V.Putinin bu məsələdə təsir göstərməsi xahiş edilir. O, video müraciətində həm də bu yaxınlarda barəsində 2 il hökm çıxarılmış blogger Mehman Hüseynovun da həbsindən danışır...




Geri qayıt