Əsas Səhifə > Ölkə, Manşet > O da vəzifədə çox qala bilməyəcək...

O da vəzifədə çox qala bilməyəcək...


13-03-2017, 10:22
O da vəzifədə çox qala bilməyəcək...
DİA.AZ: - Barəsində çox ciddi ittihamların səsləındiyi Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov vəzifəsindən alına bilər. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, Qüdrət Qurbanov təkcə postunu itirməyəcək, eyni zamanda ona qarşı konkret yeyinti ittihamları var ki, bu barədə hüquq-mühafizə orqanları tərəfindən aparılacaq ötəri araşdırma belə sərt cəzanı labüdləşdirir.

Mənbənin dia.az-a söylədikləri: "Qüdrət Qurbanovun adından bu günlərdə konkret bir yeyinti ittihamı israrla rədd edilir. Amma bu təkzib yalnız media üşün malzəmədir. Dövlət var və dövlətin müvafiq qurumları var ki, hazırda konkret hüquqi araşdırma ilə məşğuldur. Elə Qüdrət Qurbanovun özü də bu barədə məlumatlıdır. Yəni hansı prosesin getdiyini yaxşı bilir və onu nə gözlədiyindən də xəbərdardır. Sadəcə olaraq, çalışır ki, bu məsələ bacarılan qədər az ictimailəşsin ki, prosesi arzuladığı istiqamətə yönəldə bilsin".

Dia.az bildirir ki, mənbə qeyd olunan məqamla bağlı ilginc ittihamları da səsləndirib. Biz bu faktları müəyyən araşdırma apardıqdan sonra təqdim edəcəyik, eyni zamanda qarşı tərəfin də reaksiyasını paylaşmağa çalışacağıq. Bizi izləməkdə davam edin...

Geri qayıt