Əsas Səhifə > Ölkə, Manşet > Cahangir Hacıyevin adı əfv siyahısında var

Cahangir Hacıyevin adı əfv siyahısında var


7-03-2017, 10:34
Cahangir Hacıyevin adı əfv siyahısında var
DİA.AZ: - Bir neçə gün əvvəl belə bir informasiya yayıldı ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev əfv olunması üçün ərizə yazıb. Bu haqda daxil olan məlumatda bildirilirdi ki, sabiq bankir səhhəti ilə əlaqədar əfv edilməsini istəyir.

DİA.AZ xatırladır ki, bu xəbərin ardından Cahangir Hacıyevin əfv olunub-olunmamasının hüquqa uyğunluğu müzakirə predmetinə çevrildi. Amma bu məsələ ilə əlaqədar danışan vəkili heç bir problemin olmadığını iddia etdi.

Bu arada DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Əfv Komissiyasının baxdığı müraciətlər arasında Cahangir Hacıyevin də ərizəsi olub.

Mənbənin dia.az-a söylədikləri: "Müraciətinə baxılıb. Təbii ki, son qərar prezidentindir. Amma hər şey ola bilər".

Geri qayıt