Əsas Səhifə > Ölkə, Manşet > İsmayıllıda akademik inkişaf...

İsmayıllıda akademik inkişaf...


27-02-2017, 09:27
İsmayıllıda akademik inkişaf...
DİA.AZ: - Son dövrlər dünyada baş verən məlum iqtisadi böhranın fəsadları Azərbaycanda da hiss olunmaqdadır. Buna görədir ki, neçə müddətdir dövlət rəhbərliyi və şəxsən prezident İlham Əliyev ölkə iqtisadiyyatının neft asıllıkığının maksimum həddə aradan qaldırılması məqsədilə yeni bir siyasətə start verib. Bu həm Azərbaycanın "kənd təsərrüfatı ölkəsi" imicinin özünə qaytarılmasından və həm də Azərbaycana böyük gəlirlər vəd edən turizm potensialının artırılmasından ibarətdir.

Təbii ki, qeyd olunan siyasətin yürüdülməsində təkcə təşəbbüslər yox, həm də real işlər mühüm faktor kimi çıxış edir. Yəni prezidentin məlum göstərişləri, diqtə etdiyi siyasət onun komandası tərəfindən müvafiq reaksiya ilə müşaiyət olunmalıdır ki, belə bir ünvanlardan biri də İsmayıllı rayonudur - desək, yanılmarıq.

DİA.AZ bildirir ki, İsmayıllı rayonunun Azərbaycanın kənd təsərrüfatı ölkəsi kimi xarakterizə olunması yolunda hansı yeri tutduğunu təxmin etmək o qədər də çətin deyil. Elə uzun illərdir ki, özünün keçmiş ənənələrini qoruyan məşhur İvanovka kəndinin məhz bu rayonun adından öz töhfəsini verməsi və bütünlükdə olaraq Azərbaycan üçün yaxşı bir uğur modeli olması faktı da nəzərlərdən yayına bilməz. Bundan əlavə İsmayıllı rayonunda son illərdə fermerlərə yaradılan əlahiddə şərait də bu ünvanda prezidentin məlum siyasətinin bariz inikası kimi səciyyələndirilə bilər.

dia-az.life olaraq zaman-zaman ayrı-ayrı rayonlarda fermer və sahibkarlara qarşı yaradılmış süni əngəlləri işıqlandırmışıq ki, İsmayıllı qeyd olunan konteksdən ən az, bəlkə də yox səviyyəsində şikayət olunan rayonlarımızdan biridir. Bunda isə prezidentin yerlərdəki nümayəndəsi kimi qəbul olunan icra başçılarının müstəsna rolunun olması faktdır. Yəni bu gün İsmayıllıda Mirdamət Sadıqov kimi kifayət qədər savadlı bir iqtisadçının, Azərbaycanın tanınmış aliminin rəhbər vəzifə tutması da özünü rayonun inkişafında əhəmiyyətli dərəcədə hiss etdirir.

Qeyd edək ki, İsmayıllı rayonu həm də ölkənin turzim sahəsində inkişafında da mühüm yerlərdən birini tutmağa qadirdir. Belə ki, rayonun yerləşdiyi ərazinin qədim Azərbaycanın yaşayış məskənlərindən biri olması, rayon ərazisində turizm üşün cəlbedici tarizi abidələrin mövcudluğu, habelə, İsmayıllının etnik rəngarəıngliyi, bunun da nəticəsində İsmayıllıda mövcud olan çoxçeşidli mədəniyyətlər rəngarəngliliyi təbii ki, turzim üçün yetərincə maraq kəsb edən faktordur.

Bildirək ki, rayonun ərazisi uzun müddət erazmızdan əvvəl IV əsrin sonu eramızdan əvvəl III əsrin əvvələrində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur. Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Cavanşir də bu nəsildən idi. Rayonun ərazisində Talıstan kəndində 4 km şimalda, Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur. Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1931-cü ildə təşkil olunmuşdur. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə Şəki qəzasının tərkibində olub. İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır.

Yəni yetərincə tarixi keçmiş var ki, bu gün İsmayıllı rayonu Azərbaycanı dünya turzim bazarında layiqincə təmsil etsin.

Yuxarıda da vurğuldaıq ki, təkcə vacib olanı potensialın mövcudluğu, təşəbbüslərin önəmliliyi deyil. Həm də vacib olanı bu işin hansı ustalıqla həyata keçirilməsidir ki, bu gün bizlər də İsmayıllıdan yana tam arxayın ola bilərik. Çünki bu gün İsmayıllıda bir akademik inkişaf var ki, bu da ölkəmizin üzünü mütləq şəkildə ağardacaq...


Redaksiyadan: Yaxın günlərdə İsmayıllıdan geniş reportajımız olacaq. Bizi izləyin...

Geri qayıt