Əsas Səhifə > Ölkə, Manşet > O, vəzifədən rahatlıqla getdi, bəs Saatlı sakinləri neyləsinlər?
O, vəzifədən rahatlıqla getdi, bəs Saatlı sakinləri neyləsinlər?22-02-2017, 15:59 |
DİA.AZ: - Keşmiş Nəqliyyat Nazirliyinin rəhbəri Ziya Məmmədovun gül-çiçəklə yola salınması, necə deyərlər, bu vaxta qədər yığdıqlarını da özü ilə rahat aparması cəmiyyətdə müəyyən narazılıqlar yaradıb. Saatlı sakinləri isə daha çox narahat olublar.Təbii ki, Ziya Məmmədovun nazir vəzifəsindən uzaqlaşdırılmasına görə yox, onun bu rayonun sakinlərinə göz dağı olan hələ də istifadəsiz qalmış, heç kimə lazım olmayan yolüstü piyada keçidinin tikintisinə görə. Ölkə başçısının göstərişinə əsasən rayonlararası əsas yollar yenidən qurulduqdan sonra məlum oldu ki, Saatlı rayonunun Qırağlı kəndini iki hissəyə bölmüş magistral yol ən azı 1000 şagird yerlik Qırağlı kənd tam orta məktəbinə böyük problem yaradıb. Məktəbdə dərsə davamiyyət tamamilə pozulub. Bundan başqa yolun bir tərəfindən o biri hissəsinə keçmək mümkün deyil. Çünki bu yolda nəqliyyatın gediş-gəlişi həmişə çox olur. Kənd sakinləri müxtəlif təşkilatlara müraciət etdikdən sonra bir gün gördülər ki, kəndin həmin hissəsinə çoxlu dəmir borular tökülüb. Səbəbini soruşduqda dedilər ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə burada yolüstü piyada keçid körpüsü tikiləcək. Sən saydığını say, gör Nəqliyyat Nazirliyi nə sayır. Sən demə, Nəqliyyat Naxzirliyinin rəhbərliyi buradan yolüstü piyada keçidi tikmək üçün məsələ qaldıranların atalarına hət gün rəhmət oxuyurmuş. Axə, dövlət vəsaitini mənimsəmək, büdcəni talamaq üçün yaxşı şərait yaranmışdı. Piyada keçid körpüsü tikilib başa çatdıqdan sonra hamı bunun şahidi oldu. Kim bilir, bu körpünün tikintisinə nə qədər vəsait sərf olunmuşdu?. İstifadəyə verildiyi gündən bu vaxta qədər hələ bir nəfər də olsun bu körpüdən keçməyib. Çünki yolüstü piyada körpüsü əsl təhlükə mənbəyidir. Valideynlər deyirdilər ki, əvvəlcə Nəqliyyat Nzirliyinin rəhbərləri gəlib öz nəvələrini bu körpüdən keçirsinlər, sonra biz öz uşaqlarımıı və ya nəvələrimizi bu yolüstü körpüdən keçirək. Bir qədər yağış yağan kimi körpüyə yaxınlaşmaq mümkün olmur. Hələ qarlı-şaxtalı havanı demirik. Ötən illər ərzində keçmiş nəqlityyat naziri bir neçə dəfə bu körpünün altından keçərək, digər rayonlara gedib. Həmişə də görüdkləri işə görə xəcalətindən başını aşağı salıb (xəcalət çəksəydi, xalqa bu əzabı verməzdi) və guya ki, saatlılalara göz dağı olan bu körpünü görməyib. DİA.AZ xəbər verir ki, istifadəsiz qalmış yolüstü keçid körpüsü ən çox Yol Patrul Xidməti əməkdaşlarına sərf edir. Çünki körpünün altında diqqəti daha az cəlb edən, daha dəqiq desək, az görünən iki yerində radar quraşdırılıb. Hər gün “tələyə” onlarla maşın düşür. Görəsən Ziya Məmmədov bu körpünü gizli radar quraşdırılması, yoxsa insanların magistarl yoldan təhlükəsiz keçmələri üçün tikdirib? İndi Saatlı sakinləri ona görə narahatdırlar ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədov gül-çiçəklə yola salındı. Bəs onların problemini kim həll edəcək? Neçə illərdir ki, istifadəsiz qalmış yolüstü piyada keçidinin taleyi necə olcaq? Bu körpü nə vaxta qədər rayon sakinlərinə göz dağı olacaq? Körpünün tikintisinə sərf olunmuiş milyonlar geri qaytarılacaqmı? Kənddə yaşayan elektrik qaynaqçılarından biri deyir ki, əgər mənə 30-40 min manat versəydilər, mən bundan da yaxşı körpü tikərdim. Emin Quliyev, Saatlı rayonu - DİA.AZ Geri qayıt |